Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanlı nazirin oğlundan şok etiraflar – “Atamı gözdən salmaq istəyirlər”

Azərbaycanlı nazirin oğlundan şok etiraflar – “Atamı gözdən salmaq istəyirlər”
“Londonda evimiz olanda atam nə nazir, nə də başqa yüksək vəzifə tuturdu”


"Yenimeydan.info"  bir müddət əvvəl Londonda mülkləri ilə gündəmə gələn Kənd təsərrüfatı naziri İsmət Abbasovun oğlu, Londonda yaşayan iş adamı Yunis Abbasovun “Qafqazinfo”ya müsahibəsini təqdim edir :



- Son zamanlar mətbuatda sizin London şəhərində bahalı mənziliniz olduğu iddia edilir. Hətta, həm sizin, həm də həmin evin şəkli mətbuatda verilmişdir. Bunlar doğrudurmu?

- Bəli, həqiqətən də həmin mənzil mənə məxsusdur. Amma iddia olunduğu kimi binanın iki mərtəbəsində deyil, bir mərtəbəsində yerləşən normal şəraiti olan bir mənzildir. Mənim şəklimə gəlincə, o şəkil montaj olunmuşdur. Həmin mənzil 2006-cı ildə alınıb. Bir məsələni nəzərinizə çatdırmaq istəyirəm ki, bizim hələ 1991-ci ildən Londonda evimiz olub. Həmin dövrdə atam nə nazir işləyirdi, nə də başqa yüksək vəzifə tuturdu. Amma mən gözümü açandan atamın imkanlı şəxs olduğunun şahidi olmuşam. Bunu bizi, ailəmizi, nəslimizi tanıyan hər bir kəs yaxşı bilir. Hiss edirəm ki, bəziləri şəkildəki mənzillə çox ciddi maraqlanırlar. Ona görə də həmin mənzilin necə alınmasını danışa bilərəm.



Ailəmizin 1991-ci ildən Londonda evinin olduğunu yuxarıda qeyd etdim. Bacımın xəstəliyi və əməliyyatı ilə əlaqədar ailəmiz tez-tez Böyük Britaniyaya getməli olurdu. Bəzi hallarda 5-6 ay orada qalırdılar. Çünki o zaman Azərbaycanda bacımın müalicəsi mümkün deyildi və bacım Londonda həkimlərin nəzarətində saxlanılırdı. Atam həmin dövrdə Azərbaycana gələn, burada iş qurmaq istəyən neft şirkətləri ilə Böyük Britaniyada tanış olmuşdu və dostluq əlaqələri qurmuşdu. Onların məsləhəti və vasitəçiliyi ilə Londonda ev almışdı. Yuxarıda atamın imkanlı şəxs olduğunu qeyd etmişdim. Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, əgər atamın imkanı olmasaydı o zaman nə vaxtaşırı Londona gəlib-gedə, nə burada ev ala, nə də bahalı əməliyyat keçirdə bilməzdi. Həmin dövrdə Londonda ev, digər daşınmaz əmlak indiki kimi heç baha da deyildi. Mənzilin alınması Böyük Britaniya qanunlarına tam uyğun həyata keçirilmişdir.



2006-cı ildə alınan şəkildəki mənzilin puluna gəlincə, 1991-ci ildən sahib olduğumuz və baha qiymətə satılmış evin vəsaiti ilə bu mənzil alınıb. Bura bizim Londonda olmadığımız təxminən 10 il müddətində toplanmış icarə haqqı da daxildir. Bunları üst-üstə gələndə, mənzil alınandan sonra mənim ilk biznesə başlamağım üçün əlavə vəsait də yaranmışdı. Mənzil alınarkən Böyük Britaniya qanunlarına uyğun olaraq müvafiq qurumlar həmin vəsaitin mənbəyini araşdırdıqdan sonra, mənzilin alınmasına icazə verilmişdir.



Mən 15 yaşımda yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinin əyani və ödənişsiz fakültəsinə daxil olmuşdum. Lakin həmin ildə daha yüksək təhsil almaq üçün Böyük Britaniyaya getdim. Həmin il 15 yaşımda Böyük Britaniyada Volverhampton şəhərində ingilis dilini daha mükəmməl öyrəndikdən sonra 2001-2003 Perse School Cambridge A level, 2003-2006-illərdə London School of Economics BSc Econometrics and Mathematical Economics, 2010 Cass Business School MSc Real Estate-daşınmaz əmlak ixtisasları üzrə masterlik dərəcəsi almışam. 2006-2008-ci illərdə Avropa Yenidənqurma və İnkişaf Bankında işləmişəm. 2008-ci ildən isə daşınmaz əmlak sahəsində bizneslə məşğul oluram. Heç şübhəsiz ki, təhsil almağımda, həyatda formalaşmağımda atamın dəstəyinin olması danılmazdır. Yuxarıda qeyd etdiyim kimi mən bir necə ildir ki, bizneslə məşğul oluram. Bura daşınmaz əmlak biznesi də daxildir. İxtisasım da daşınmaz əmlak sahəsidir. Mən bu işləri Azərbaycandan çox-çox uzaqda edirəm. Başa düşə bilmirəm ki, bunun Azərbaycanda nazir vəzifəsində işləyən atama nə aidiyyatı var? Nazir oğlu olmağımın gördüyüm işlərə nə aidiyyatı var? Əksinə biznesimi Azərbaycanda qurmadım ki, atamın adına xələl gətirə bilərəm. Qrup yoldaşlarım və dostlarım Avstraliya, Kanadada, Yaponiya, Türkiyə və Avropanın digər ölkələrində müxtəlif sahələrdə bizneslə məşğul olurlar. Biz daimi əlaqədəyik və biznesdə bir-birimizə dəstək oluruq.



- Gələcək planlarınız nədir? Biznesinizi Azərbaycana gətirməyi planlaşdırırsınızmı?

- Planlara gəlincə, biznesimi böyütməyi düşünürəm. Harada daha uğurlu biznes qurmaq mümkündürsə, orada biznesimi inkişaf etdirib genişləndirmək istəyirəm. Amma istək hər şeyi həll etmir. Bunun üçün vəsait də olmalıdır. Mən də bu işləri öz imkanlarım daxilində görürəm. Biznes quracağım yerlər dostlarımın olduğu və yuxarıda adlarını çəkdiyim ölkələr də ola bilər. Tikinti biznesinə sərmayə yatırmağı planlaşdırıram. 13 ildir Böyük Britaniyada yaşayıram, Avropa Yenidənqurma və İnkişaf Bankında işləmişəm. Bütün bunlar sayəsində yaxşı əlaqələr qurmuşam, banklardan pul götürmək, kredit almaq imkanım da vardır. Biznesimi genişləndirmək üçün əlimdən gələni edirəm.



Bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm. Təhsilimi başa vurandan sonra mənim üçün etdiklərinə görə atama təşəkkür etmişəm və daha mənə maddi dəstək göstərməsini xahiş etmişəm. Xahiş edirəm məni düzgün başa düşün, Həcc ziyarətində olduğuma görə hər şeyə öz zəhmətimlə nail olmağa çalışıram. Allahdan hər zaman mənə işlərimdə kömək olmasını diləyirəm!



- Hazırda başqa ölkələrdə də biznesiniz varmı?

- Bundan əvvəlki sualda qeyd etdiyim kimi mən dünyanın müxtəlif ölkəlırində iş qurmaq istəyirəm. Düzdür, bu işlərim atamın xoşuna gəlmir. O, mənim məmur və ya bank işçisi olmağımı istəyirdi. Hətta Avropa Yenidənqurma və İnkişaf Bankından işdən çıxanda buna etirazını bildirmişdi. Amma mən nə atamın kölgəsində iş qurmaq, nə də atdığım hər addımın onun adına bağlanmasını, xələl gətirməsini istəməmişəm və istəmərəm də.



- Yunis bəy, Azərbaycan mətbuatında məmurların övladları haqda tez-tez yazılır. Son zamanlaradək sizin adınız hallanmamışdı. Sizcə, niyə mətbuatda birdən-birə haqqınızda davamlı yazılar yazılmağa başlandı? Buna münasibətiniz necədi?

- Bu yazılar mənim haqqımda olsa da, hesab edirəm ki, əsas hədəf nazir işləyən atamdır. Hər prezident seçkisi öncəsi atama belə hücumlar olur, beş ildən bir bunlar təkrarlanır. Ötən prezident seçkisində də belə olmuşdu. Bununla atamı gözdən salmaq istəyirlər. Yeri gəlmişkən bir məsələni də qeyd etmək istəyirəm ki, atam öz vəzifəsini ləyaqətlə, vicdanla həyata keçirməyə, ona göstərilən etimadı doğrultmağa çalışır. Biz övladları ona bu işlərə görə təşəkkür edəndə həmişə deyir ki, əsas təşəkkür ümummilli liderimiz Heydər Əliyevə və prezident İlham Əliyevə düşür. Çünki onlar müstəqil Azərbaycanı qurub inkişafına nail olublar, dünyada tanıdıblar və siz də bunların sayəsində yaxşı təhsil ala, iş sahibi ola bilmisiniz. Bir də onu deyim ki atam bütün hər şeyə görə ümummilli liderimiz Heydər Əliyevə və onun layiqli davamçısı olan prezident İlham Əliyevə daim sadiq və minnətdardır.



- Haqqınızda yazılanların atanız və seçki ilə bağlı olduğunu deyirsiniz. Prezident seçkisinə bir neçə ay qalır. Belə yazıların davam edəcəyini gözləyirsinizmi?

- Yuxarıda qeyd etdim ki, hər seçki ərəfəsində atama qarşı belə qərəzli hücumlar olur. Bu yazıları sifariş edənlər və yazanlar məndən nə zaman, nə yazacaqlarını soruşmurlar. Ona görə də bu haqda bir söz deyə bilmərəm. Bircə onu deyim ki, hazırda ixtisasıma uyğun olaraq biznesimi davam etdirirəm və biznesim olduğu ölkələrdə bütün işlərim həmin ölkələrin qanunlarına uyğun olaraq və vəsaitlərin mənbəyi göstərilməklə şəffaflıqla həyata keçirilir.



Mənim deyəcəklərim bu qədər. Mən ailəmiz və biznesim haqda bütün həqiqətləri səmimiyyətlə etiraf etdim. Nəsə yazdırarlarsa, özünüz bundan nəticə çıxarın!


Teqlər:
Bu xəbər cəmi 2490 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR