Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Fərzəli Qədirovun həyat yoldaşının rəhbərlik etdiyi məktəb..."






Moderator.az-ın suallarını təhsil eksperti Nadir İsrafilov cavablandırır.





- Nadir müəllim, təhsil eksperti Etibar Əliyev son müsahibəsində “Ən yaxşı məktəb” və “Ən yaxşı müəllim” müsabiqələri ilə bağlı prosesin qapalı keçirilməsinin əleyhinə olduğunu bildirib və digər təhsil ekspertlərinə də bu prosesə münasibət bildirməkdən çəkinməməyı tövsiyə edib. Siz necə hesab edirsiniz?



- Bu cür mühüm proseslərlərdən təhsil ekspertləri və QHT nümayəndələrinin təcrid olunması həqiqətən də yaxşı hal deyil. Hesab edirəm ki, Etibar müəllim son dərəcə vacib bir məsələyə toxunb və haqlı olaraq qeyd edir ki, ən azından jurnalistlərin məsələ ilə bağlı suallarına cavab verməkdə çətinlik cəkirik, yəni iştirak etmədiyimiz və monitorinqini aparmadığımız proses haqqında necə fikir söyləyə bilərik? Digər tərəfdən, görün məsələ nə qədər ciddidir ki, həta hörmətli professorumuz, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev də məsələyə dərhal sərt reaksiya verərək yaranmış vəziyyəti “... düşünürlər ki, aşı süzən də, yeyən də, sonda əhsən deyən də bir təşkilatdan olmalıdır“ kimi qiymətləndirib.



- Hər halda məsələyə münasibətlə bağlı Sizin də konkret fikirlərinizi bilmək maraqlı olardı.



- Mənim subyektiv fikirlərimdən asılı olmayaraq bu kimi məsələlər Ölkə başçısının 22 noyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “ İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu“nda, habelə Təhsil haqqında Qnunun 8-ci maddəsində kifayət qədər öz əksini tapıb. Yəni, müvafiq Qanuna əsasən ictimai iştirakçılıq - dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətın təşkilində vətəndaşların və vətəndaş cəmiyyət institutlarının bu Qanunla müəyyən edilmiş formalarda məsləhətləşməsı və ictimai rəyın nəzərə alınmasını nəzərdə tutur.



- Təşkilat Komitəsinə və ekspertiza aparacaq işçi qrupunun tərkibinə təhsil ekspertlərinin və bu sahədə QHT nümayəndələrinin salınmamasını necə qiymətləndirirsiz?



- Mən hələ Misir Mərdanovun dövründən bu müsabiqələrin obyektiv və şəffaf keçirilməməsinə dəfələrlə diqqəti cəlb etməyə cəhd göstərmişəm, bununla bağlı konkret faktlara istinad etmişəm. Necə olur ki, Təhsil Nazirliyinin “İnsan resursları şöbəsi”nin müdiri Fərzəli Qədirovun həyat yoldaşının rəhbərlik etdiyi məktəb “İlin ən yaxşı məktəbi” və həmin məktəbin bir neçə müəllimi “İlin ən yaxşı müəllimi” seçilir? Təəssüflər olsun ki, Fərzəli Qədirov hər dəfə olduğu kimi bu dəfə də Təşkilat Komitəsinin tərkibinə seçilib. Söhbət təkcə Fərzəli Qədirovdan getmir. TQDK sədri Məleykə Abbaszadə də “Ən yaxşı məktəb”in göstəricilərinin qəbul göstəricilərındən aşağı olmasına diqqət çəkərkən, o zaman Misir Mərdanov şəstlə "hər kəs öz işi ilə məşğul olsa yaxşıdır" cavabını vermişdi. Mərdanov erası arxada qalmasına baxmayaraq hələ də unuduruq ki, təhsil həm də ümumxalq işidir və hər kəsi maraqlandırmaya bilməz. Bu mənada artıq təhsilə baxışımız, yanaşma tərzimizin dəyişməsi zərurəti yaranıb. 


Teqlər:
Bu xəbər cəmi 3755 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR