Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mən necə MTN-in qurbanı oldum? - Jurnalist

Mən necə MTN-in qurbanı oldum? - Jurnalist

Mən necə MTN-in qurbanı oldum?


Və yaxud ANS-də keçirdiyim 10 ay


ANS Televiziyasının bu gün ad günüdü, 24 yaşı tamam oldu və alnına bir qırış da əlavə edildi.


Alın yazıları yəqin belə yazılır… 


ANS oğlum yaşındadı. Ata oğluna nə arzulayırsa, mən də bu televiziyaya onu arzulayıram. Bu arzular təkcə adi vətəndaşın və bir jurnalistin arzuları deyil, həm də 10 ay anspress-də sözün əsil mənasında külünglə xəbər çıxaran bir əməkdaşın arzularıdı…


Arzular isə tükənmək bilmir. İstər o arzular külünglə çıxarılsın, istərsə də past copy edilsin. 


İnsan arzularını həyata keçirmək üçün yaşayır, arzusu olmayanın yolu intihara doğrudu…


2013-cü ilin noyabrında mənim arzularım azalmışdı, ancaq yolum hələlik intihara doğru getmirdi, “Elmlər Akademiyası” metrosunun yaxınlığında yerləşən “Türkiyəm” kafesinə gedirdi. 


Hər gün orda jurnalist dostlarımızla dərdləşirdik və elə söhbət əsnasında anspress-ə redaktor lazım olduğunu öyrəndik.


Və yenidən azrularım göyərməyə başladı, intihar etmək yəqin mənlik deyilmiş…


Bu da bir alın yazısıydı…


Noyabr ayının 25-də işə başladım, səhərisi gün ANS Televiziyasının 22 yaşı tamam oldu. O vaxtlar o bayramın ab-havası məni qızdırmadı, çünki bir günün içində ANS ailəsinə qoşulmaq çətin idi, hələ yerli-dibli heç kəsi tanımırdım, təkcə qapıların hara açıldığını bilirdim.


Beləcə 10 ay keçdi, ANS-də çoxlarını tanıdım, yeni dostlar qazandım, təkcə qapıların deyil, pəncərələrin də hara açıldığını öyrəndim, redaktor vəzifəsindən növbətçi redaktor vəzifəsinədək yüksəldim. 


Ancaq yüksəlmək yəqin elə bura qədərmiş. 2014-cü il sentyabrın 5-də adi bir hadisənin qurbanı oldum. Bölgələrin birində 15 yaşlı uşağın təsadüfən azaraq ermənilərə əsir düşməsi məni işimdən etdi. O xəbəri sayta verdiyimə görə sentyabrın 7-də anspress-in ilk girdiyim qapısından bayıra çıxdım. 


Sonradan öyrəndim ki, mənim işdən çıxmağımı MTN-dən hansısa vəzifəli şəxs israr edirmiş. İndi o şəxsin harda olduğunu bilmirəm, ya həbs edilib, ya da iş otağında bu yazını oxuyur. Fərq etməz…


Onun nəzərinə çatdırıram ki, Müdafiə Nazirliyinin orqanı olan “Azərbaycan ordusu” qəzetində çalışdığımdan hərbi xarakterli yazıların yayılmasının kurallarını yaxşı bilirdim. O uşaq isə sadəcə mülki şəxs idi, hərbiyə heç bir aidiyyatı yox idi…


ANS-çi olaraq məqsədimiz xəbəri dəqiq, qərəzsiz və vicdanlı çatdırmaq idi…


…Mən çoxdandır ki, “Türkiyəm” kafesinə getmirəm, sadəcə yolum ora çatmır…


Bəlkə jurnalist dostlarımızla ora toplaşaq. Və təsadüfən öyrənək ki, ANS Televiyasında hansısa redaksiyada vakant bir iş yeri var. 


Yenidən ANS-çi olmaq üçün bu xəbəri çox gözləyirəm.


Əgər bu, mənim alın yazımdısa..


Yazımsa evdə oturub yazdığım bu yazıdı…


Elə bunun özü də bir alın yazısıdı…


 


 


Babək Göyüş

Teqlər:
Bu xəbər cəmi 3105 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR