Bu barədə Tribuna İnformasiya Agentliyinə mötəbər mənbədən məlumat daxil olub.
Qaynağımızın verdiyi xəbərdə bildirilir ki, həbsinə qədər B.Hüseyov “AzEuroTel” vasitəsi ilə milyonlar mənimsəyib.
Eyni zamanda BTRİB-dən axan qaranlıq vəsaitlər də bu şirkətin balansına köçürülübmüş. B.Hüseynovun alternativ büdcə və bank kassası kimi baxdığı “AzEuroTel”də gedən gizli hesab əməliyyatları hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.
Bildirilir ki, MTN işi ilə əlaqədar tutulan B.Hüseynovun qandallanması şirkətin fəaliyyətini təhlükəyə atmış oldu. Hətta işiə xitam veriləcəyi də gözlənilirdi. Mənbə iddia edir ki, aparılan araşdırmalardan sonra şirkət
"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin rəsmən tabeçiliyinə keçib. Bu barədə nazirliyin yaydığı məlumatda deyilir.
Məlumata əsasən, son illərdə operatorun maliyyə-təsərrüfat fəaliyyətində bir çox problemlər olub, kənar təşkilatlara külli miqdarda borclar yaranıb, müəssisənin investorlar üçün cəlbediciliyi azalıb və özəlləşməyə açılmasına baxmayaraq bu proses başa çatmayıb. Nazirlik bu faktları rəsmi şəkildə açıqlayırsa, əlavə şərhə lüzum qalmır.
Nazirlik bununla şirkətin B.Hüseynovun hesabına qanunsuz işlərə əl atdığını nəzərə çatdırıb. "AzEuroTel" BM-in xarici təsisçisi "Lukoyl-Evropa Ltd" şirkətinin ləğv edildiyi və "AzEvroTel" BM-dəki payının alınmasından imtina edildiyi nəzərə alınıb. BTRİB-dən daxil olan milyonların sərfiyyatında isə gizlinlər var.
Nazirlik müəssisənin gələcəkdə iflas vəziyyətinə düşməsinin qarşısının alınması, BM-in sağlamlaşdırılması və gələcək fəaliyyətinin təşkili məqsədilə onun təşkilati hüquqi forması mövcud qanunvericiliyə uyğun olaraq dəyişdirilərək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin nəzdində "Az-Evro Tel" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edib.
"AzEuroTel" BM-in Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilməsi prosesi zamanı öz ərizəsinə əsasən BM-in baş direktoru Nuru Əhmədov tutduğu vəzifədən azad edilib və həmin vəzifəyə Cabit Rəsulov təyin edilib.