Əsabil Qasımov Milli Məclisdə də aktiv olmaması ilə seçilir. Onun hansısa çıxışlar etdiyi də bəlli deyil. TİA.AZ xəbər verir ki, İmişli sakinləri də Ə.Qasımovun 10 illik deputat fəaliyyətindən narazıdırlar.
Rayon sakini Çingiz Səlimov Yenicag.az-a açıqlamasında onu deputatdan daha çox biznesmen kimi tanıdığını söyləyib: “Qasımova deputat demək olmaz. Çünki o deputat olaraq bu 10 il ərzində dövlətimiz, xalqımız üçün normal bir fəaliyyət göstərməyib.
İşi-gücü ancaq özünün biznesini genişləndirmək olub. Deputatlıq mandatından da ancaq biznesini çiçəkləndirmək üçün yararlanıb. Bundan başqa onun insanlarla kobud rəftar etdiyini də söyləyirlər. Bütün bunlar onun bir deputat olaraq cəmiyyətimizə yaramadığını deməyə əsas verir”.
Digər rayon sakini Mirvari Göyüşova da belə bir deputatı tanımadığını deyib: “Bir dəfə də olsun nə onun üzünü görməmişəm, nə də ki, hansısa çıxışlarını eşitməmişəm. Milli Məclisdə ancaq lal-kar oturmaqla məşğul olub. Həm də biznesmendir. Bu isə deputatla bir sıraya sığmır. Deməli, deputat olmaqda məqsədi öz şəxsi gəlirlərini artırmaq olub. Belə deputat bizə lazım deyil”.
İmişli rayonundan deputat Əsabil Qasımov öz deputat statusundan istifadə edərək qanunsuz işlərlə məşğul olur, günahsız insanları tutdurur. Bu sözləri hazırda həbsdə olan Rövşən Hacızadənin bacısı Güllü Hacıyeva virtualaz.org saytına ünvanladığı şikayətində deyib.
G.Hacıyevanın sözlərinə görə, Əsabil Qasımovun qanunsuz əməllərinin növbəti qurbanı onların ailəsi olub: “Bu deputatın qanunsuz fəaliyyəti barədə mətbuatda dəfələrlə materiallar dərc edilsə də onun bu hərəkətlərinə göz yumulduğu üçün daha da qəddarlaşıb. Növbəti qurban isə bizim ailə olub. Hansı ki, hər zaman Azərbaycanın bütövlüyü uğrunda çalışmışıq. Qardaşım
Qarabağ uğrunda döyüşlərində vətənin müdafiəsi zamanı yaralanıb, əlilə çevrilib”.
Onun dediklərindən belə məlum olub ki, qardaşı Rövşən Hacızadə Əsabil Qasımovun göstərişi ilə Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin müstəntiqi Rəşad Mansurov tərəfindən həbs olunaraq barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb: “Qardaşım Rövşən Əsabil Qasımovun başçılıq etdiyi bir qrup şəxs tərəfindən həm saflığından, çarəsizliyindən, hüquqi savadsızlığından istifadə edilərək aldadılıb.
Əsabil Qasımovun yaxın ətrafı rəsmi sənədlərdə saxtakarlıq həyata keçirərək qardaşıma imza atdırmaqla və “Karat”MTK-nın möhürü ilə təsdiq edərək cinayət törədiblər. Lakin həqiqi cinayətkarlar çöldə sərbəst şəkildə gəzirlər. Günahsız bir insanı isə istintaqa cəlb edərək həbsə atıblar”.
G.Hacıyevanın sözlərinə görə, Ə.Qasımov və onun yaxın ətrafı tərəfindən törədilən cinayətlər əvvəldən qurulmuş plan əsasında həyata keçirilib. Öz məqsədləri üçün də onun qardaşından istifadə ediblər: “Qardaşımın maddi vəziyyətinin pis olması səbəbindən o, xəstə olmasına baxmayaraq ailəsinin yaşayışını təmin etmək üçün 2003-cü ildən etibarən Əsabil Qasımova məxsus “Karat” MMC-də günəmuzd qaravul işləyib. Bir müddət sonra həmin MMC-nin rəhbərliyinin qeyri-rəsmi göstərişi ilə komendant vəzifəsində çalışmağa başlayıb.
Göründüyü kimi, şirkətdə heç bir mühüm vəzifə daşımayıb. Yalnız təsərrüfat işləri ilə məşğul olsa da, saxta sənədlərdə adı yalandan “icraçı direktor”, “tikintinin nümayəndəsi” kimi göstərilib. Rəsmi sənədlərin bir çoxunda qardaşımın adı “icraçı direktor”kimi qeyd edərək bir çox qanunsuz sənədləri ona imza etdirməklə MTK-nın möhürü ilə təsdiq ediblər. Halbuki MTK-nın möhürü “Karat” MTK-nın sədri Umud Umudovda olub, sənədlər və möhür məhz onun tərəfindən vurulub. Əgər bir çox sənədlərə imza onun tərəfindən atılıbsa belə MTK-nın sədri bu halı aşkar edərək möhürlə təsdiq etməməli və qardaşımı məsuliyyətə cəlb etdirməkdən ötrü aidiyyəti orqanlara şikayət etməliydi. Amma o, bütün bunları etməyib. Çünki bunlar əvvəlcədən planlaşdırılı ki, məsuliyyət qardaşımın üzərində qalsın”.
G.Hacıyeva deputatın sahib olduğu saysız-hesabsız şirkətlərin adını sadaladı. Onun bildirdiyinə görə, “Karat” MMC deputat Ə.Qasımov tərəfindən yaradılıb və o, 2010-cu ildə deputat seçilənə qədər şirkətin prezidenti olub, birbaşa rəhbərliyi də özü həyata keçirib. “Karat” MMC 2008-ci ildən mənzil-tikinti kooperativi kimi qeydə alınıb. 2006-cı ildən isə “Karat” MMC-nin də daxil olduğu “Karat Holdinq” yaradılıb.
Həmin holdinqdə və MTK-da idarəçiliyi Ə.Qasımov deputat seçiləndən sonra onun oğlu Taleh və yaxın qohumları Umud, İntiqam və Qərib həyata keçirsə də faktiki rəhbərlik və nəzarəti yenə də deputat özü həyata keçirib.
Şikayətçinin bildirdiyinə görə, “Karat Holdinq”in tərkibinə aşağıdakı bir çox şirkətlər daxildir:“Karat” MTK, “İdeal” MMC, “İzmir” MMC (tikinti şirkətləri); “Azinvest” tikinti şirkəti; “Everest-M”, “Şin Servis” (armatur alğı-satqısı); “Karmen” MMC (dəyirman və un alqı-satqısı); Hökməlidə makaron fabriki; Hökməlidə kisə fabriki; “ASTEL” MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda quşçuluq fabrikləri); taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); “Gəncə Fatoğlu” (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki “Marina Plaza” oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri, Səməd Vurğun küçəsində “Ağ saray” binası; Bakı şəhəri, Xan Şuşinski küçəsi, 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi, 21 və Süleyman Rüstəm küçəsi, 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi, 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina; Süleyman Rüstəm küçəsi 61-də yerləşən “Premium Market” və s.
Lakin deputat Əsabil Qasımovun bunlardan başqa saysız-hesabsız əmlaka və mülklərə də sahib olduğu hər kəsə məlumdur. Bir deputatın bu qədər əmlaka qanuni və halal yolla sahib olması mümkün deyil və ona görə də həmin əmlaka necə və hansı yolla sahib olduğu müvafiq orqanlar tərəfindən araşdırılarsa törətdiyi bütün cinayətlərin və qanunsuzluqların ortaya çıxarılacağı aşkardır” – deyə G.Hacıyeva bildirib.
Güllü Hacıyevanın dediklərindən belə məlum olub ki, qardaşı R.Hacızadə ona qarşı oynanılan bu oyundan xəbər tutduqdan sonra dərhal deputat Ə.Qasımovun yanına gedərək baş verənləri hüquq-mühafizə orqanlarına və ictimaiyyətə bildirəcəyini deyib: “Bunu deyib çıxan kimi Əsabil Qasımovun oğlu Taleh qardaşıma zor göstərərək ona hədə-qorxu gəlib. Qardaşımın hüquq-mühafizə orqanlarına şikayət etməkdə israrlı olduğunu görəndə isə özləri onu qabaqlayıblar. Öz cinayət əməllərini ört-basdır etmək üçün onlara bu işdə birbaşa köməklik etmiş Məhərrəm və Emin adlı saxta şahidləri də öyrədərək qardaşımın əleyhinə ifadə verdiriblər. Şikayətdən sonra qardaşım dərhal həbs olunub. Onun həbs olunması nəticəsində Əsabil Qasımov və yaxın ətrafının cinayət əməlləri gizlədildi.
Bütün bunlardan sonra mən özüm onun qəbulunda oldum. Əsabil Qasımov heç nədən çəkinməyərək sifarişi onun verdiyini, qardaşım kimi yüzlərlə qurbanının olduğunu və həmin qurbanların şikayətlərinin indiyə kimi heç bir nəticə vermədiyini, ona görə də müraciətimizin əbəs olduğunu dedi. O, açıq-aydın şəkildə “qardaşını içəridə çürüdəcəyəm, sizi də bu mənzərəyə tamaşa etdirəcəyəm” deyərək məni hədələdi”.
Onun dediyinə görə, deputatın qanunsuz hərəkətləri bununla bitmir. Yuxarıda qeyd olunan binalarda alqı-satqı müqaviləsi ilə müəyyən edilmiş mənzilin sahəsi ilə faktiki sahə üst-üstə düşmür, müştərilərin hər biri hər mənzildə 10-15 kv.m aldadılır. Müştərilərə satılan qarajlar da sonradan qanunsuz olaraq onların əllərindən alınır, yenidən daha yüksək qiymətlər təklif olunur. Bununla bağlı müştərilərin bəziləri məhkəmələrə müraciət etsə də Ə.Qasımov yenə də öz gücündən istifadə edərək məhkəmlərə təsir göstərməyi bacarıb.
2006-cı ildə “Karat” MMC-nin də daxil olduğu “Karat Holdinq” yaradılıb. İki il sonra “Karat” MMC Mənzil Tikinti Kooperativi kimi qeydə alınıb. Həmin holdinqdə və MTK-da idarəçiliyi Ə.Qasımov deputat seçiləndən sonra yaxınlarına tapşırıb.
Mətbuatda yer alan məlumata görə, “Karat Holdinq”in tərkibinə – Karat MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri); Azinvest Tikinti Şirkəti; Everest-M, Şin Servis (armatur alğı-satqısı); Karmen MMC (dəyirman və un alğı-satqısı); Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki; ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); Gəncə Fatoğlu (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki Marina Plaza oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri Səməd Vurğun küçəsində Ağ Saray Binası; Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi, 61-də yerləşən “Premium Market” daxildir.
Rəsmi olaraq adları çəkilən şirkətlər Əsabil Qasımovın adına olmasa da holdinqin onun nəzarəti altında olması şübhəsizdir.