Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

DYP RƏHBƏRLİYİ ÖZ İNSPEKTORUNUN “AYAĞINI BASMADI”

DYP RƏHBƏRLİYİ ÖZ İNSPEKTORUNUN “AYAĞINI BASMADI”
Eyni polis işçisindən neçə nəfər incitdiyi vətəndaş şikayət etməlidir ki, onun barəsində tədbir görülsün? Sovetlər dönəmində belə bir siyasi lətifə vardı: “Roma papası Bolqarıstanda səfərdə olanda ona sui-qəsd edilir. İstintaq rus “KGB”-sindən şübhələnir və SSRİ-yə sorğu məktubu göndərir. “KQB” öz növbəsində “araşdırma” aparandan sonra məktuba belə cavab verir: “Roma papası birinci atəş açıb”. Saytımıza yol polisindən şikayət edən vət. Sabit Səfərov onun ərizəsi əsasında yazdığımız tənqidi yazılardan sonra DYP rəhbərliyindən aldığı məktubu oxuyanda gözlərinə inanmayıb. Hər şey onun başına gələnlərin tərsinə çözülüb: “Bildiririk ki, 12.08.2015-ci il tarixdə Bakı şəhərinin Y. Səfərov küçəsində “Mersedes” markalı 90 SH-406 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin V hissəsinin tələbini pozaraq yerdəyişmə zamanı özünüzdən solda hərəkət istiqamətini dəyişmədən düzünə hərəkət edən “Mitsubishi Pajero” markalı 90-GZ -723 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törətmisiniz. Yol verdiyiniz inzibati xəta müvafiq qaydada sənədləşdirilərək barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1 maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Aparılan araşdırma zamanı törətdiyiniz inzibati xətanın aşkar olunması və sənədləşdirilməsində, Sizinlə münasibətdə dövlət yol polisi əməkdaşı tərəfindən hüquqazidd hərəkətlərə yol verilməsi halları müəyyən edilməmiş, müraciətinizdə göstərilən digər xüsusatlar təsdiqini tapmamışdır”. Əslində bu cür quru, standart cavab gözlənilən idi. DYP rəhbərliyi baş leytenant Müşfiq Əliyevin tərtib etdiyi protokolda göstərilənləri eynilə məktuba köçürmüşdür. “Təsdiqini tapmayan” digər xüsusatları (M. Əliyevin hadisə yerinmə ekstaravant geyimli qızla gəlməsi, sənədləri alıb xeyli vaxt özündə saxlaması və s.) isə hətta heç sadalamamışdır. Bu ara baş l-nt M. Əliyevin növbəti hüquqazidd əməli barədə şikayət ərizəsi redaksiyamıza daxil olmuşdur. Balaxanı qəsəbəsi, C. Cahangirov küçəsi, ev -49 ünvanda yaşayn Xeyrullayev Cahid Hüseyn oğlu yazır ki, bu ilin iyul ayında gecə saat 1-2 radələrində özünə məxsus “Opel” markalı, 10-SB-683 dövlət nömrə nişanlı maşınla Zorge küçəsi ilə hərəkət edərkən, Nizami küçəsi ilə hərəkət edən Mersedes”(C klass) markalı avtomobil “Stop” nişanına məhəl qoymayaraq, onun maşınının sol yan qanadını və buferini vurub sıradan çıxarmışdır. “Mersedes”in sürücüsü ilk əvvəl günahını boynuna alsa da, hadisə yeriunə gələn polis baş leytenantı Müşfiq Əliyev hər iki hərəkət iştirakçısının sənədlərini özü ilə aparmış, Xeyrullayevə gecə saat 3-də Bakı şəhər Polis İdarəsinin Yol Polisi İdarəsinə gəlməyi tövsiyə etmişdir. Xeyrullayev deyilən vaxt idarəyə getmiş, ona məlum olmuşdur ki, özü günahkar çıxarılıb. Şikayətçinin yazdıqlarına görə, Müşfiq ona təklif edib ki, 3000 manat versələr, sənədə heç nə yazmayacaq. Xeyrullayev digər iştirakçının sərxoş olduğunu xatırladanda M. Əliyev ona deyib ki, bu işlər onun əlindədi, kimi istəsə, təqsirli çıxara bilər. Bi xeyli xahiş –minnətdən sonra Müşfiq ondan 150 manat alaraq sənədini geri qaytarıb. Şikayətçi haqlı ollaraq belə bir sual ortaya qoyur: “Əgər mən təqsirkar idimsə, polis baş leytenantı niyə protokol tərtib etmədi?” Öz növbəmizdə biz də bu sualı DYP rəhbərliyinə ünvanlayırıq: Eyni polis işçisindən neçə nəfər incitdiyi vətəndaş şikayət etməlidir ki, onun barəsində tədbir görülsün? Nyus.Az

Teqlər:
Bu xəbər cəmi 1395 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR