Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bu gün Xədicə İsmayıla hökm oxunacaq

Bu gün Xədicə İsmayıla hökm oxunacaq
Rauf Mirqədirov və Nemət Pənahlının səhhətindəki problemlər davam edir; İntiqam Əliyevə vəkilləri ilə görüşə icazə verilmir Həbsdə olan məşhur siyasilərin səhhətlərində yaranan problemlər davam edir. MTN təcridxanasında saxlanılan "Ayna Zerkalo”nun əməkdaşı Rauf Mirqədirov müalicə müəssisəsinə köçürülüb. Onun gözündə və belində problemlər var. Bu barədə qəzetimizə jurnalistin vəkili Elmar Süleymanov məlumat verdi: "Avqustun 28-də Rauf Mirqədirovla görüşdüm. Müalicə müəssisəsinə köçürülüb. Səhhəti çox pisdir. Gözlərində və belində ciddi problemlər var. Ağrıları tez-tez olur. İstintaqı barədə isə heç nə demək mümkün deyil. Heç bir istintaq hərəkəti aparılmır”. Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin 6 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüyü barədə məlumat vermişdik. Hüquq müdafiəçisi 14 günlük karantindən çıxıb. Lakin ona vəkilləri ilə görüşünə maneələr yaradılır. Vəkil Fəxrəddin Mehdiyev bildirdi ki, əvvəlcədən İ.Əliyevlə görüşmək üçün aidiyyəti orqana müraciət etməsinə baxmayaraq, avqustun 29-də görüşə icazə verilməyib: "İntiqam bəylə görüşə bilmirik. Ona görə də, bir söz söyləmək mümkün deyil. Onunla görüşmək üçün ayın 15-də məktub göndərdim. Baş İdarədən ayın 20-sində məktub cəzaçəkmə müəssisəsinə göndərilib. Avqustun 28-də görüşə getdim. İcazə vermədilər. Dedilər ki, məktub daxil olmayıb. Bu həftə yenidən görüşə cəhd edəcəyik. Karantindən çıxıb. Amma sonradan belə bir məlumat əldə etdik ki, o, yenidən karantinə qaytarılıb. Dəqiqləşdirməyə çalışırıq”. Hüquq müdafiəçisinin qızı Nərmin Kamilsoy atasının səhhətindən ciddi narahat olduqlarını qeyd etdi: "Hələ tam cəzaçəkmə müəssisəsinə yerləşməyib. Karantindən təzə çıxıb. Telefonla danışırıq. Vəziyyəti yaxşı deyil. Səhhətindən çox narahatıq. Karantindən təzə çıxdığına görə həkim müayinəsindən keçməyib. Dərmanları yoxdur. Səhhətindəki problemlər daha da ağırlaşıb”. Müsavat başqanının müavini Tofiq Yaqublu avqustun 30-da ailəsi ilə telefonla danışıb. Başqan müavininin qızı Nigar Yaqublu bildirdi ki, atasının səhhəti normaldır. Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının da səhhəti ürəkaçan deyil. Partiya sədrinin həyat yoldaşı Həcər Pənahlı onun səhhətinin əvvəlki kimi olduğunu bildirdi: "Xəstəxanaya yerləşdirilməli idi. Amma heç bir məlumat yoxdur. Yaxınlarda səhhəti ilə maraqlanıblar. Axırıncı dəfə danışanda dedi ki, ola bilər müalicə müəssisəsinə köçürülüm. Böyrəklərində ciddi problemlər var. Gələn ayın 13-də görüşümüz gözlənilir. Saxlanma şəraitindən heç bir şikayəti yoxdur”. Sonda xatırladaq ki, bu gün Bakı Ağır Cİnayətlər Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayıla hökm oxunacaq. Saat 14:00-da başlayacaq prosesdə jurnalist son sözünü deyəcək. Ardınca hökm oxunacaq. Prokuror ona 9 il iş istəyib.///musavat.com

Teqlər:
Bu xəbər cəmi 1415 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR