“Survivor”, “O Ses Türkiye”, “Yetenek Sizsiniz” kimi yarışma proqramları ilə böyük populyarlıq qazanan aparıcı Acun Ilıcalı müsabiqələrlə bağlı yenilikləri çatdırıb. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Acun Türkiyənin televiziya məkanında “Survivor”un ən bahalı yarışma olduğunu söyləyib: “Təkcə bu il yarışmaya 16 milyon TL xərcləmişik. 150 nəfərlik çəkiliş qrupu ilə 90 gün Panama adasında qaldıq.”
Acun onu da bildirib ki, yeni mövsümdə “O Ses Türkiye”nin münsiflər heyəti tamamilə dəyişəcək. “Münsiflərdən son dərəcə razıyam. Amma bir müsabiqədə uzun müddət münsiflər dəyişməyəndə, tamaşaçının da marağı azalır. Yeni münsif – yeni fikir deməkdir. Ola bilsin ki, gələcəkdə özüm də “Yetenek Sizsiniz”in münsiflərində olmadım” – deyə, aparıcı əlavə edib.