Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Hansı başçılar “haqq” qoyur, “krışalıq” edir? – Özəl SİYAHI

Hansı başçılar “haqq” qoyur, “krışalıq” edir? – Özəl SİYAHI
Prezidentin son çıxışından sonra bəzi icra hakimiyyətləri vəlvələyə düşüb. Onların sahibkarlara divan tutması və bu faktların ictimailəşməsi icra başçılarını təşvişə salıb. TİA.AZ-ın əldə etdiyi məlumata görə, bir neçə başçı ilə bağlı Prezidentə ciddi siqnallar çatıb. Əldə etdiyimiz bu özəl siyahıda Füzuli rayon icra başçısı Alı Alıyev, Beyləqan şefi Vaqif Abdullayev, Ağcabədinin rəhbəri Şahin Məmmədov, Xocavəndin icra hakimi Eyvaz Hüseynov, Saatlı icra hakimi Siracəddin Cabbarov yer alıb. Onlar mətbuatda iş adamlarına təzyiq göstərmək, onlardan xərac toplamaq, obyektlərinə əl qoymaq, bizneslərini yağmalamaqda ad çıxarıb. Eyni zamanda sahibkarların ən çox şikayət etdiyi icra hakimiyyətləri bu rayonlardır və hüquq-mühafizə orqanlarına, ölkə başçısına adıçəkilən RİH-dən narazılıqlar daxil olub. Məlumatda bildirilir ki, sözügedən icra başçıları barəsində Prezident Administrasiyasında dosye hazırlanıb, təftiş aparılır, “haqq” qoyan rəhbərlərin əməli araşdırılır. Mənbə iddia edir ki, Ucar, Şamaxı, Qax və Balakən rayonlarının icra başçılarından da şikayətlər az deyil. PA səviyyəsində bu məsələlərin analizinə başlandığı bildirilir. Dövlət başçısının son xəbərdarlığından sonra bəzi icra hakimiyyətlərində dəyişikliklər də istisna edilmir. Qeyd edək ki, Nazirlər Kabinetinin keçirilən son toplantısında prezident İlham Əliyev bəzi nazirliklərə sərt xəbərdarlıq edib. Sahibkarlığın inkişafı barədə danışan prezident bir sıra hallarda sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürüldüyünü bildirib: "Tam qaydada, şəffaf şəkildə bizdə vergi vermək mədəniyyəti, əfsuslar olsun ki, formalaşmayıb. Dövlət qurumları vergiləri vaxtında verir, amma özəl qurumlar vermir. Mənə məlumatlar gəlir ki, Vergilər Nazirliyi özünü sərt aparır. Burada iki məsələni ayırmalıyıq. Nazirlik çalışmalıdır ki, vergilər qanuni şəkildə toplansın. Amma əsassız ödəmələr tələbi irəli sürülməməlidir. Sahibkar yalnız dövlətin pulunu verməlidir. Vəssalam. Bundan başqa heç kimə bir manat da verməməlidirlər. Dövlət qurumlarına da göstəriş verirəm ki, əsassız tələb irəli sürməməlidirlər. Belə hallar var. Vergilər Nazirliyi, hüquq-mühafizə orqanları, icra hakimiyyətləri "haqq" qoyurlar, pay istəyirlər, "krışalıq” edirlər... Buna son qoyulmalıdır, yığışdırılmalıdır!”. Paylaşın Paylaş  T

Teqlər:
Bu xəbər cəmi 1805 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR