Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

ABŞ prezidentləri – kim necə tarixə düşüb?

ABŞ prezidentləri – kim necə tarixə düşüb?


Onların arasında 15 uşağı olan da, heç vaxt evlənməyən də, məktəb oxumayan da, inauqurasiyadan bir ay sonra ölən də var



rrSeçkidə səslərin 100 faizini qazanan prezident haqda eşitmisiz? Ağlınıza seçkini saxtalaşdıran ölkələr gələcək. Amma belə deyil. Bu qeyri-adi nəticə Birləşmiş Ştatlara aiddir. Ölkənin birinci prezidenti Corc Vaşinqton səslərin yüz faizini toplamaqla (1789-1797) Amerika tarixində ilkə imza atmışdı. Vaşinqton həm də şəkli ABŞ-ın poçt markasında əks olunan ilk prezidentdir.



Prezident kürsüsündə ən çox və ən az kim qalıb?



ABŞ tarixində prezident kürsüsündə ən çox əyləşən Franklin Delano Ruzvelt (1933-1945) olub. O, ölkənin yeganə siyasətçisidir ki, seçkidə dörd dəfə qələbə qazanıb. Ən qısa prezidentlik müddəti isə prezident Uilyam Harrisonun qismətinə düşüb. Bir çox xəstəliklərdən əziyyət çəkən Harrison 1841-ci il martın 4-də prezident «taxtına» çıxıb, cəmi bir ay sonra isə dünyasını dəyişib.

Prezident postuna iki dəfə, lakin ard-arda deyil, fasiləylə yiyələnən prezident Qrover Klivlend (1885-1889 və 1893-1897) olub.

ABŞ tarixindəki ən yaşlı prezident Ronald Reyqandır (1981-1989). Birinci inaqurasiya zamanı onun 69 yaşı vardı.

Teodor Ruzvelt (1901-1909) isə ABŞ-ın ən gənc prezidenti hesab olunur. Ruzvelt prezidentliyə başlayanda 42 yaşında idi.



Çəkisi 135 kq olan ABŞ lideri



Amerika prezidentləri arasında ən uca boylu Avraam Linkoln (1861-1865) olub. Onun boyu 193 santimetr idi. Ölkənin ən balacaboy prezidenti isə Ceyms Medison (1809-1817) olub – 163 santimetr.

Birləşmiş Ştatların ən ağırçəkili prezidenti Uilyam Taft (1909-1913) olub. Onun çəkisi 135 kq. imiş.

Teodor Ruzvelt (1901-1909) Amerikanın bütün ştatlarını dolaşan ilk prezident olub. Həmin vaxt Amerikada ştatların sayı 48 imiş. Bununla yanaşı, Ruzvelt təyyarə ilə uçuş edən ilk Amerika prezidenti olub.

Riçard Nikson (1969-1974) ölkəsinin SSRİ və Çinə səfər edən ilk prezidentidir.



133 ölkəni gəzən prezident



Bill Klinton (1993-2001) ABŞ tarixinə xarici səfərlərdə ən çox olan prezident kimi düşüb. Prezidentliyi dövründə 133 ölkədə olub.

Cimmi Karter (1977-1981) bir neçə roman müəllifi olan yeganə ABŞ prezidentidir.

Con Tayler (1841-1845) ABŞ tarixində ən çox uşağı olan prezidentdir. Onun ilk xanımından 8, ikincisindən 7, ümumilikdə 15 övladı olub. 15-ci övladı dünyaya gələndə Taylerin yaşı 70-i keçmişdi.

Ceyms Byukenen (1857-1861) – ABŞ-ın evlənməyən yeganə prezidentidir. Byukenen bir dəfə nişanlı olub, lakin gəlin onunla evlənməkdən imtina edib. İmtinadan az sonra isə dünyasını dəyişib.

Qrover Klivlend (1885-1889) toyu Ağ Evdə olan yeganə prezidentdir.

Ceyms Qarfild (1881-ci il, mart-sentyabr) hər iki əli ilə sərbəst yaza bilirmiş və «poliqlot» imiş. Maraqlıdır ki, Qarfild eyni anda bir əli ilə qədim yunan, o biri əli ilə latın əlifbasında yazmaq qabiliyyətinə malik idi.

Prezident Endryu Conson (1865-1869) heç vaxt məktəbdə oxumamışdı. Bir çox şeyləri ona xanımı öyrətmişdi.



Ən varlılar və ən kasıblar



Corc Vaşinqton və Con Kennedi ABŞ tarixinin ən zəngin prezidentləri olub. Vaşinqtonun varidatı 900, Kennedinin isə 850 milyon dollar idi. ABŞ-ın ən kasıb prezidentlərindən biri Endryu Consondur.

ABŞ-a ən çox prezident verən ştat Ohayodur. Bu ştatdan düz 7 prezident çıxıb.



«Lənətlənmiş» prezidentlər…



ABŞ prezidentləri ilə bağlı maraqlı məqamlardan biri məşhur «Tekumse» lənətidir. Bu inanca görə, sonu 0-la bitən ildə prezident seçilən şəxs prezidentlik müddətinin sonuna qədər ya ölməli, ya da qətlə yetirilməli idi. Məsələn, Uilyam Henri Harrison inauqurasiyadan bir ay sonra ölmüşdü. Son iki prezidentdən başqa sonu 0-la bitən illərdə seçilən prezidentlər həqiqətən də ya ölüb, ya da öldürülüblər. Avraam Linkoln 1860-cı ildə prezident seçilib, 65-ci ildə öldürülüb. Ceyms Qarfild 1880-ci ildə seçilib, 1881-də öldürülüb.

Uilyam Mak-Kinli 1900-cu ildə seçilib, 1901-ci ildə öldürülüb. Uorren Qardinq 1920-ci ildə seçilib, 1923-cü ildə ölüb. Franklin Ruzvelt 1940-da təkrar seçilib, 1945-də öldürülüb. Con Kennedi 1960-cı ildə seçilib, 1963-cü ildə öldürülüb. Bu qorxunc «ənənəni» ilk dəfə Ronald Reyqan pozub. O, 1980-ci ildə prezident seçilsə də, 89-cu ilə qədər vəzifəsində sağ qalıb. 1981-ci ildə ona da sui-qəsd cəhdi olsa da, Reyqan bundan sağ çıxıb.



Dollarları bəzəyənlər



Prezidentlərdən bəzilərinin şəkilləri Birləşmiş Ştatların milli valyutasını bəzəyir. ABŞ-ın birinci prezidenti Corc Vaşinqtonun şəkli 1 dollarlıq əskinaslarda əks olunub. 2 dollarlığın üzərində ölkənin üçüncü prezidenti Tomas Ceffersonun şəkli var. 16-cı prezident Avraam Linkoln 5 dollarlığı bəzəyir. Yeddinci prezident Endryu Cekson 20 dollarlıqda, 18-ci prezident Uliss Qrant 50 dollarlıqda əks olunub. 500 dollarlığın üzərində 25-ci prezident Uilyam Mak-Kinlinin, 1000 dollarlığın üzərində 22-ci prezident Qrover Klivlendin, 5000 dollarlığın üzərində dördüncü prezident Ceyms Medisonun, 100 min dollarlğın üzərində 28-ci prezident Vudro Vilsonun şəkli var.(azadliq.info)


Teqlər:
Bu xəbər cəmi 1490 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR