Çəkiliş zamanı nəhəng heyvanlardan biri kameraya hücum edərək onu dişinə salıb və dartmağa başlayıb. Özünü itirməyən repartyor kameranı əlindən buraxmayıb və nəticədə köpək balığı onu avadanlıq qarışıq sürüməyə başlayıb. Hadisə həmin vaxt su altinda olan digər bir operatorun kamerasına düşüb.
Videoda aydın görünür ki, kamera uğrunda aparılan mübarizədə akula insana qalib gəlir. Nəticədə 10 000 dollar dəyəri olan kamera köpək balığının yeminə çevrilib.
Belə hallara Baham adalarında tez-tez rast gəlinir. Bu ərazi aqressiv mavi və ağ köpək balıqlarının əsl məskənidir. Lakin buna baxmayaraq, minlərlə turistlər hər il, məhz, həmin nəhəngləri görməyə gəlirlər. (xəzərxəbər)
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.