Azərbaycanda böyük azarkeş kütləsinə sahib olan “Fənərbaxça” öz meydanında “Latsio” klubunu qəbul edəcək. Turu keçəcəyi təqdirdə, tarixində bir ilkə imza atacaq olan “Fənər” bunun üçün bütün qüvvəsi ilə meydanda vuruşacaq.
Nəhayət ki, azarkeşlər bu dəfə sevimli komandalarını “Şükrü Saracoğlu”da dəstəkləyə biləcəklər. Çünki ötən iki turda İstanbul təmsilçisi “12-ci futbolçu”su yəni azarkeşi olmada mübarizə aparıb. “Fənərbaxça” üçün digər bir şad xəbər rəqib “Latsio”nun 4 futbolçusunun sabahkı oyunda olmamasıdır. Belə ki, Andre Dias, Konka, Serxiyo Flokkari və Daniel Pereyrina bu görüşdə oynamayacaqlar. Rəqibin heyətinin hansı vəziyyətdə olmasından asılı olmayaraq, Aykut Kocaman və yetirmələri sabahkı görüşə yalnız qələbə və tarix yazmaq üçün çıxacaqlar.