Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Məşhur aktyorun qızı Polad Bülbüloğlunu ittiham etdi

Məşhur aktyorun qızı Polad Bülbüloğlunu ittiham etdi


Modern.az görkəmli teatr və kino aktyoru Məlik Dadaşovun qızı Gülnarə Dadaşovanın atası haqqında açıqladığı faktları, onunla Polad Bülbüloğlu arasında olan mübahisə haqqında bir müddət öncə məlumat yaymışdı. Polad Bülbüloğlunun anası Adelaida Məmmədova aznews.az-a açıqlamasında Gülnarə Dadaşovanı oğlunun Bakıya qayıtmasını eşidib üstünə çirkab atmaqda ittiham edib.



Aktyorun qızı Gülnarə Dadaşova isə Modern.az saytına məsələni təfərrüatı ilə danışıb: “Polad Bülbüloğlunu nazir vəzifəsinə təyin edəndə incəsənət aləmi onu nazir kimi qəbul etmirdi, o insana qeyri-ciddi baxırdılar. Onun bu vəzifəyə gəlməsinə Leonid Vaynşteyn (bəstəkar, Harri Kasparovun əmisi – red.) kömək etmişdi. Bu, keçmiş birinci katib Əbdürrəhman Vəzirovla bağlı idi. Çünki Leonid Vaynşteyn Əbdürrəhman Vəzirovla qohum idi. İncəsənət aləmindən Polad Bülbüloğlunu birinci təbrik edən Məlik Dadaşov olmuşdu. Heç kəs onu təbrik etmirdi. Hətta atam ona zəng edəndə özü qeyd etdi ki “Məlik müəllim, çox sağ olun, məni təbrik edən yox idi”. Bu söhbət mənim yanımda olub”.



G.Dadaşova atasının Rus Dram Teatrında rəhbər vəzifəyə təyin edilməsindən sonra oranın təmirinə başladığını və onun qarşısında teatr meydanı yaratdığını vurğulayıb. “Binanın qarşısında nəqliyyat yolu var idi, atam oranı bağladı və teatr meydanı etdi. Atam o teatr üçün çox şeylər edib. Hətta ən xırda detalları belə, xaricdən gətizdirirdi, ora can qoymuşdu. Həmin ərəfələr Mərdəkanda bağ evimizdə tikinti gedirdi. Onda Polad Bülbüloğlu atamı günahlandırmışdı ki, bağ evinin tikintisində teatrın təmir üçün avadanlığından istifadə edib. Atam çox incimişdi, nazirlə söhbəti də olmuşdu ki, bu belə deyil, o öz vəzifəmdən sui-istifadə etmir. Sonra Polad Bülbüloğlu atamı teatr ətrafında açılan dükanlarda payı olmaqda günahlandırdı. Amma atmın o dükanların açılmasından xəbəri yox idi. Onların axırıncı söhbəti isə bunun üstündə oldu. Atam nazirin qəbuluna gedib sözünü dedi. Amma Polad Bülbüloğlu onu nə aktyor, nə rejissor kimi işləməyə qoydu. Bu incəsənətə aid olan insana, xüsusilə Məlik Dadaşov kimi şəxsə necə təsir edə bilərdi? Onu “Leçkomissiya”ya, indiki Mərkəzi Klinik Xəstəxanada aylarla kardiologiya şöbəsində yatırmalı olduq”.



Mərhum atasının 9 ay işsiz qaldığını deyən Gülnarə Dadaşova sonda bunu bildirdi: “Məlik Dadaşovun xatirə gecəsini keçirilməsi ilə bağlı bircə dəfə də olsun Polad Bülbüloğlunun yanına getməmişəm. Amma yeni nazir – Əbülfəs Qarayevin sayəsində 2006-ci ildə onun xatirə gecəsini keçirtdik”.



G.Dadaşova Adelaida Məmmədovanın səsləndirdiyi fikirləri də yanlış adlandırıb: “Başa düşürəm anadır, övladı üçün ürəyi yanır. Amma onun ziyalı insanlara nə qədər pislik etməsi mənim üçün bir sualdır və bu sualın cavabı da paxıllıqdır. Polad Bülbüloğlu Azərbaycan mədəniyyətinə o qədər ziyan vurub ki! Rəşidə xanım da atasını nə qədər incitdiyini təsdiq edə bilər. Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya da”.


Teqlər:
Bu xəbər cəmi 2730 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR