Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Kriminal sfera üçün 2500 uşaq yetişdiririk...”

“Kriminal sfera üçün 2500 uşaq yetişdiririk...”

Millət vəkili Fazil Mustafa ilk olaraq çıxış etdi və problemi bütün çılpaqlığıyla ortaya qoydu, iclasda iştirak edən maliyyə naziri Samir Şərifova müraciət edərək məsələnin hansısa formada həllinin zəruriliyini bildirdi:


 


“Bu gün Türkiyədə işləməyə məcbur olan minlərlə vətəndaşımızın övladları təhsildən kənarda qalıblar. Onların valideynləri rəsmi olaraq Türkiyədə qeydiyyatdan keçmədiklərinə görə belə bir vəziyyət yaranıb, uşaqları orada anadan olublar, hansı xəstəxanada doğulmalarıyla bağlı bir kiçicik sənəd veriblər, vəssalam. Başqa heç bir sənədləri yoxdur. Belə çıxır ki, biz bu uşaqları gələcəkdə kriminal sfera üçün yetişdiririk. Yəni öz millətimizin uşaqlarını savadsız, heç bir yazı yaza bilməyən insanlar kimi yetişdiririk və bu məsələyə barmaqarası baxırıq. Əslində bu məsələ çox ciddi məsələdir. Bunu ehtiyat fondlarından hansısa formada vəsait ayıraraq həll etmək lazımdır. Valideynləri maraqlı deyillər ki, sabah onları rəsmiləşdirsələr Azərbaycana qayıtmağa məcbur olacaqlar, yəni Türkiyədən deportasiya olunmalıdırlar. Azərbaycana qayıdanda isə bizim onları Türkiyədəki kimi işlə, qazancla təmin etmək imkanımız da yoxdur. Ona görə də onların heç biri geri qayıtmaq istəmir, nəticədə minlərlə azərbaycanlı balası təhsildən kənarda qalır. Biz onu hansısa formada, hətta qeyri-rəsmi olsa belə həll etməliyik. Türkiyə ilə danışaraq orada bir məktəb aça bilərikmi? Hörmətli Azay Quliyevin də dəstəyi ilə bir sıra QHT-lər orada müəyyən fəaliyyət də göstərdilər, həmin uşaqları toplayaraq bir –iki aylıq təhsil də verdilər. Amma bunu sistemləşdirmək lazımdır. Bu barədə Təhsil Nazirliyinin də məlumatı var. Ona görə də bu problemi ictimailəşdiririəm ki, 2500-dən artıq azərbaycanlı balasının acınacaqlı taleyinə biganə qalmayaraq bu problemi biz mütləq həll etməliyik. Hansı formada olur olsun biz bu uşaqları məktəbə cəlb edərək buradan könüllü müəllimlər göndərmək olar, onlar üçün ehtiyat fondlardan xüsusi büdcə ayırmaq olar ki, ən azından yay aylarında gedib heç olmasa 3 aylıq o uşaqlara dərs keçmək lazımdır ki, yazı – pozudan anlayışları olsun. Ermənilərdən də Türkiyədə qanunsuz məskunlaşan xeyli sayda adamlar var. Erməni kilsəsi həmin uşaqlar üçün xüsusi olaraq məktəb açıb və Türkiyədə məskunlaşan bütün ermənilərin övladlarının hamısı qeyri - rəsmi formada təhsil alır. Biz nə formada olsa belə elə etməliyik diplom və ya sənəd verməsələr belə, bu uşaqlar yazı – pozunu öyrənə bilsinlər.”

Teqlər:
Bu xəbər cəmi 2760 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR