Bu barədə açıqlama verən A.Mircavadov millimizin Lüksemburqla səfərdə oynadığı görüşdən qələbə qazanmalı olduğunu bildirib: “4 gün ara ilə olan 2 görüşün birincisində mütləq şəkildə qalib gəlmək lazımdır. Çünki bu motivasiya baxımından komanda üçün çox şey kəsb edir. Futbolçularımız səfərdə Lüksemburqu udmalı idilər. Çünki onlar bilirdilər ki, 4 gündən sonra dünyanın ən güclü komandalarından olan, Portuqaliyaya qarşı oynayacaqlar. Lakin qələbə qazanmaq mümükün olmadı”.
Futbol mütəxəssisi daha sonra dünənki oyun haqqında da danışıb: “Dünənki Portuqaliya ilə ən azından heç-heçə əldə etmək, lap elə udmaq da olardı. Çünki onlar İsraillə oyundan sonra yorğun görünürdülər. Bəlkə də elə buna görə dünən xüsusi bir taktiki gedişata əl atmadılar. Onlar sadəcə olaraq, topu özlərində çox saxladılar və bizim futbolçuları yordular. Topsuz oynayan komanda da məğlub olmalıdır. Digər tərəfdən, bizim ən ciddi çatışmayan tərəflərimizdən biri o idi ki, topu rəqibin cərimə meydançasına qədər daşıya bilmirdik. Portuqaliyalı futbolçular öz vaxtlarını gözlədilər və əllərinə düşən şansı lazımınca dəyərləndirə bildilər. Bundan əlavə bizim futbolçularımızda da inamsızlıq var idi. Onlar sırf qol buraxmamaq məntiqi ilə oynayırdılar”.