Park Cinema-nın PR-meneceri Nərgiz Rəfiyevanın verdiyi məlumata görə, kinoteatrda filmləri nümayış olunan istehsalçı ölkələrin siyahısı artmaqdadır: “Sabahdan etibarən türk kinosu həvəskarları “Uzun hekayə” filminə baxa biləcəklər. Film, Mustafa Kutlunun ölməz əsəri əsasında, Osman Sınav tərəfindən ekranlaşdırılıb. Film Bolqarıstandan 1940 illərdə köçmüş Əlinin həyatından bəhs edir. Əli dəliqanlı çağında Munirə adlı bir qıza aşiq olur. Aralarında yaranmış sevgi isə yaşadıqları yerdən birgə qaçmaqlarına səbəb olur. Munirə, Əli və ilk övladları Mustafa məmləkəti dolana-dolana həyatın enişli yoxuşlu yollarını birgə keçirlər. Bu uzun hekayə 1960-cı illərdən 1970-ci illərədək davam edir. Filmdə romantik, həyacanlı, nəşəli anlar yaşanır”.
Qeyd edək ki, “Uzun hekayə”də rolları Kənan İmirzalıoğlu, Tuqse Kazas, Mustafa Alabora, Zəfər Algöz, Əlif Atakan, Erkan Avçi, Çingiz Bozqurt, Bərk Buqra, Fatma Betul Cordal, Altan Erkekli oynayıblar.