Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Əlikram nə türkdür, nə talış...” — Elşən Musayev

“Əlikram nə türkdür, nə talış...” — Elşən Musayev


Əlikram Hümbətovun Ermənistan və saxta soyqırımla bağlı verdiyi açıqlama hələ də medianın manşetindən düşmür. Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev məlum açıqlamanı musavat. com-a şərh edib:



 



“Əlikramın bir cümləsini dinləmək yetərlidir ki, onun türk və mənsubu olduğu talış millətinə qarşı nə qədər aqressiv olduğunu müşahidə edək. Səbəb də bəllidir: türkə nifrəti var, talış isə onu qorumayıb. Yəni zamanında separatizmə dəstək verməyib. Üstəlik, məlum açıqlamanın saxta soyqırımla bağlı ciddi, qlobal müzakirələrin getdiyi ərəfədə verilməsi də təsadüf sayıla bilməz. Erməni lobbisi punktual işləyir və bu cür naqis insanların, illər boyunca maliyyələşdirdiyi, yetişdirdiyi agentlərin əməyindən də hər mərhələdə lazımınca bəhrələnməyi bacarır.



 



Əlikram Hümbətov mən bildiyim qədər xalis talışdır. Fəqət onun nə talışa, nə türkə, nə də ümumən azərbaycanlıya heç bir aidiyyəti yoxdur. Çünki bu məmləkətin talışı da, türkü də, tatı da, ləzgisi də dövlətçilik anlayışını, bütöv Azərbaycan ideyasını və azərbaycanlı məfhumunu zaman-zaman hər şeydən üstün tutmağı bacarıb və əsla separatizmə dəstək verməyib. Ayrıca, millət vəkili Hadı Rəcəblinin bu kontekstdə söylədiyi fikirlərin də düzgün anlaşılmadığı qənaətindəyəm. Güman ki, Hadi müəllim də söylədiyi fikirlərdə sonuc olaraq bu məğzə köklənib ki, xəyanətkar hər halı ilə xəyanətkardır. Kimliyindən, mənsubiyyətindən asılı olmayaraq!     



Eyni zamanda unutmamaq lazımdır ki, Əlikram Hümbətovun vətəndaşlığı əlindən alınıb, ölkədən deportasiya olunub. Belə olduğu halda isə onun azərbaycanlı, hətta eks-azərbaycanlı adı altında belə müzakirəyə çıxarılmasının yanlış olduğunu düşünürəm. Çünki erməni diasporunun Əlikramın dili ilə dedirtdiyi kəlmələrin alt məqsədi də budur: Ortalıqda Azərbaycan adını bir şəkildə hallandırmaq. Onu deportasiya, vətəndaşlıqdan məhrum edilmiş biri kimi deyil, siyasi mühacir, öz vətənindən, dövlətindən küsmüş biri kimi təqdim etmək. Məlum hadisə ilə bağlı Ermənistan, Rusiya, Fransa mediasında dərc olunan yazıları oxusanız sizlər də eyni qənaəti hasil etmiş olarsınız: Erməni lobbisi əslində Əlikramın aqressiyası fonunda diqqət yayındırıb, həmin açıqlamanı cümlə-cümlə təftiş etmək, öz saxta tarixlərinə və bu tarixin xronologiyasına yeni-yeni “töhfə”lər vermək niyyətini güdür. Odur ki, bu şərəfsizlərin oyununa gəlmək olmaz. Çünki bütün addımlar planlıdır”     


Teqlər:
Bu xəbər cəmi 3785 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR