“Biz uşaq olanda atam rəhmətə getdi. Anam dayımdan, xalamdan kömək istəyib bizi saxlayırdı. Özümü başa düşəndən işləməyə başlamışam. 13-14 yaşımda ofisiant işləmişəm, mətbəxdə çalışırdım. Yaxşı şagird olmamışam, yaxşı oxumamışam. Günü o vaxtın pulu ilə 3 minə (məmməd) işləyirdim. Məktəbdə tədbirlərdə çıxış edirdim. Deyirdilər ki, bundan yaxşı artist olacaq. Universitetə daxil olmağm möcüzə oldu. Birinci il imtahandan 5 bal topladım. İkinci il qabiliyyət imtahandan keçdim, test imtahanını isə yanımdakı qız kömək etdi. Allahdan nə istəsəm, mənə verib. Amma mən Allaha yaxşı bəndəlik edə bilmirəm, günahlarım olur. hər şeyə qane oluram, düşünməmişəm ki, niyə yaxşı paltarım yoxdur”.