Bu gün Lüksemburqda mətbuat konfransı keçirən alman mütəxəssis Lüksemburqla bundan əvvəlki qarşılaşmanı xatırlayıb: “Həmin dövrlər müqayisədə Lüksemburq yığması “artırıb”. Portuqaliya ilə heç-heçə də edə bilərdilər. Rəqibin ünvanına komplimentlər demək istəyirəm. Gənc baş məşqçiləri var. Portuqaliyaya 1:2 hesabı ilə uduzdquları oyunda heç-heçə etməli idilər. İsrailə qarşı isə pis oynayıblar. Hər şeyi təhlil etmişik”.
Foqts Kamran Ağayev və Ruslan Abışovun son dövrlər oynamaması ilə bağlı da danışıb: “Başa düşə bilmirəm ki, belə oyunçular klublarında niyə ehtiyatda qalırlar. Sabah meydana 11 hazır futbolçu çıxacaq. Biz öz istədiyimiz kimi hazırlıq prosesi keçmişik. Ona görə də qeyd etdiyiniz məqamlar bizə problem yaratmamalıdı. Meydana ən yaxşılar çıxacaqlar. Ola bilsin, Səlahət Ağayev oynasın. Şimali İrlandiya ilə oyunda o, bir səhvi istisna olmaqla yaxşı çıxış etdi”.