Müsahibəsində o, fevralın 6-da baş tutacaq görüş öncəsi bunları dilə gətirib: "Bu, rəsmi oyundu. FİFA-nın nəzərdə tutduğu təqvim üzrə keçiriləcək. Ona görə də bu oyunda nəticə bizim üçün çox vacibdi. Amma əsas hədəfimiz futbolçuların oyun təcrübəsinin daha da artırılmasıdı. DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Lüksemburq və Portuqaliya ilə oyunlara yaxşı hazırlaşmalıyıq".
Elxan Məmmədov bəzi aparıcı yığma üzvlərinin qarşıdakı görüşdə forma geyinməməsinə də münasibət bildirib. O, Kamran Ağayev, Rəşad Sadıqov, Ruslan Abışov kimi oyunçuların yoxluğu ilə bağlı bunları söyləyib:
"Yığmada artıq xeyli gənc futbolçular var. Onlar da rəqabəti artırmağa kömək edirlər. Heyətdə üç qapıçı var. Şimali İrlandiya ilə son oyunda qapımızı Səlahət Ağayev qoruyurdu. O, özünü çox yaxşı tərəfdən göstərməyi bacardı. Fikrimcə, yeni futbolçular aparıcı oyunçuların yoxluğunu hiss etdirməmək üçün əllərindən gələni edəcəklər".
AFFA rəsmisi eyni zamanda toplanışda olan futbolçuların klubları ilə hansısa problem yaranmasını da mümkünsüz sayır: "Bu toplanış öncədən planlaşdırılmışdı. Eyni zamanda bizim klub məşqçiləri ilə görüşlərimiz olmuşdu. Onlarla yığmanın toplanışlarını müzakirə etmişdik. Heç bir problem və irad yoxdu. Hər şey plan üzrə gedir". /azerisport.az/