Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“LAMİYƏ MÜƏMMASI AÇILANA QƏDƏR SUALLAR BİTMƏYƏCƏK”

“LAMİYƏ MÜƏMMASI AÇILANA QƏDƏR SUALLAR BİTMƏYƏCƏK”
Jurnalistlərin generalın ittihamlarına fərqli baxışları var Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev məhkum Lamiyə Quliyeva ilə bağlı yayılan xəbərlərdə onu günahlandıran və təqsirləndirən mətbuat orqanlarına mesaj göndərib.

Xidmət rəisi "AzVision.az”a müsahibəsində bu məsələyə görə mətbuatda onu tənqid edənlərə və L.Quliyevanın uşağının atası müəyyənləşdirilməyənə qədər bütün məsuliyyəti ona yönləndirənlərə münasibət bildirib və belə düşünən jurnalistləri xəyanətkar, satqın, pula, nəyəsə görə satılan adamlar adlandırıb: "Onlar müharibə şəraitində də satılırdılar. Onlar respublikanın xoş gününü istəməyən adamlardır”.


 


Nazir müavininin belə bir fikir səsləndirməsi jurnalistlər tərəfindən birmənalı qarşılanmadı və hətta dövlət məmurunun jurnalistləri ittiham etməsi, həmkarlarımızın kəskin reaksiyasına səbəb olub.






"Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini Azər Ayxan yüksək bir vəzifə tutan və general rütbəsi daşıyan dövlət məmurunun situasiyanı belə qiymətləndirməsinə təəssüf etdiyini bildirdi: "Biz özümüzdən boş-boş şeylərdən yazmırıq. Məsələn, Mədət Quliyevin rəhbərlik etdiyi cəzaçəkmə müəssisələrinin birində 14 saylı cəzaçəkmə müəssisəsində bir məhbus işgəncələr nəticəsində dünyasını dəyişib. Onun da valideynləri bizim redaksiyamıza üz tutub və bildiriblər ki, fiziki işgəncələr nəticəsində ölüb. Yaydığımız fotolardan da həmin şəxsin üzərində işgəncə izləri açıq-aşkar görsənirdi. Bir müddət sonra məhbus bir qadın əsrarəngiz bir şəkildə övlad dünyaya gətirir və bu gün də o uşağın atası tapılmır. Çox fantastik şayiələr yayırlar ki, guya bir məhbus uşağın atası olduğunu etiraf edib, ancaq adının açıqlanmasını istəmir. Gah da bildirilir ki, bir məhbus öz spermasını Lamiyəyə göndərib, o da uşağa qalıb. O qədər komik və savadsız izahat verilir ki, buna məktəb uşaqları belə inanmaz. Çünki məlum olduğu kimi, süni mayalanma laboratoriya şəraitində həkimlərin və mütəxəssislərin nəzarətində həyata keçirilən və kifayət qədər də bahalı olan prosesdir. M.Quliyevin bunlardan yazan mətbuatı satqınçılıqda, vətənə xəyanətdə suçlamağına söz tapa bilmirəm. Görəsən, həqiqətənmi bu fikirlər M.Quliyevin öz dilindən deyilib?”


 


A.Ayxanın fikrincə, elə məhz mətbuatın vəzifəsi elə məhz bu və ya digər hadisələri yazmaqdan ibarətdir: "Məbuatın işi susmaq deyil. Əgər biz bu mövzularda susduğumuz zaman M.Quliyev və digərlərinin yerli qəzetləri "vətənin yaxşı gününü istəmirlər” deməyə haqqı var idi. Deputatın işi danışmaq, sürücünün işi avtomobil idarə etmək, dərzinin işi paltar tikmək, bərbərin işi saç düzəltmək, müəllimin işi dərs demək olduğu kimi, jurnalistin də işi bu məsələlərdən yazmaqdır. Hesab edin ki, müəllimə deyilir sən şagirdə filan təhsili verdiyin üçün satqınsan və ya həkimə hansısa xəstəni müalicə etdiyi üçün xain adlandırırlar. Yəni M.Quliyevin də bu cür məsələlərdən yazan jurnalistləri satqın hesab etməsi də bu qədər məntiqsizdir. Ona görə də mən M.Quliyevi və digərlərini də xəyal qırıqlığına uğradacam. Çünki belə mövzulardan yazmışıq və yazmağa davam edəcəyik. Bu, ictimai sifarişdir, yəni cəmiyyətin istəyi nədir, o haqda yazırıq və yazacağıq”.


 


"Lent.az” xəbər saytının baş redaktoru Qabil Abbasoğlu isə məsələyə münasibət bildirmədi.


 


"Azvision.az” xəbər saytının baş redaktoru Vüsal Məmmədovun fikirləri bu cür oldu: "Əslində, Lamiyə Quliyeva ilə bağlı məsələnin bu qədər şişirdilməsinin və gündəmdə saxlanılmasının tərəfdarı deyiləm. Düşünürəm ki, bu məsələnin ictimailəşdirilməsi piar məqsədi daşıyır. Mövzunu daha çox müxtəlif aspektlərdən gündəmdə saxlamaqla, cəmiyyətin diqqətini daha çox bu məsələyə yönəltməyə çalışırlar. Və yaxud bu mövzunu hansısa vəkil və təşkilat gündəmdə saxlayaraq Lamiyənin azadlığa çıxmasına çalışır və buna da normal baxıram. Ümumiyyətlə, bütün bunlar piar xarakteri daşıyır. Bu baxımdan da mətbuat qurulan oyunda iştirak edir”.


 


Tanınmış jurnalist və televiziya aparıcısı İlhamiyyə Rzayeva hesab edir ki, jurnalist dövlət sirri olmayan istənilən məlumatı mətbuatda işıqlandırmalıdır. "Hətta bu dövlət sirri mətbuata sızmışsa da, jurnalist məlumata biganə qalmamalıdır. Çünki belə məlumatları qorumağa cavabdeh olan şəxs jurnalist deyil. Əgər informasiya sızıbsa, bu məlumatı araşdırmaq və cəmiyyətə çatdırmaq jurnalistin vəzifə borcudur. O öz işini görür, yaxşı olar ki, hər kəs öz işini görsün. Belə olsa, heç bir suala da ehtiyac qalmaz. İndi nə olsa jurnalistləri ittiham etmək dəb halını alıb. Etiraf edək ki, son zamanlar jurnalistlərin bir hissəsi öz peşə kodeksinə sadiq qalmır. Amma sözügedən halda jurnalistikanın ittiham olunmasını məntiqsiz hesab edirəm”.


 


İ.Rzayeva jurnalistlərin satqın adlandırılmasının əleyhinədir: "Satqın insanlar hər sahədə ola bilər. İstər jurnalistikada, istərsə də penitensiar sistemdə. Mədət Quliyev mətbuatda səslənən sual və iradlara açıq cavablar verməlidir. Əks təqdirdə, indi onu narazı salan suallar davam edəcək. Necə vaxtdır gündəmi zəbt etmiş bu olayla bağlı cavabdeh olan ilk şəxs, məhz Penitensiar Xidmətin rəisidir. Məgər o öz məsuliyyətini dərk etmir? Ondan hesab istənilməyəcəksə, kimdən istəniləcək? Bu baxımdan, onun sahəsinə aid suallar da veriləcək, iradlar da səslənəcək. Bu məsələ sadə məsələ deyil axı. Cəmiyyətdən təcrid edilmiş, ciddi nəzarət altında olan məhbusun həyatında belə olayların baş verməsi həmin sahədə ciddi nəzarətsizliyin olduğundan xəbər verir. Mədət bəy buyursun, belə olmadığını, həm cavablarında, həm də əməldə sübut etsin. Verilən suallardan çəkinmək və heç kimi ittiham etmək lazım deyil. Bunu edə bilmirsə, vəzifəsindən istefa verməlidir”.

Teqlər:
Bu xəbər cəmi 1800 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR