Türkiyə mətbuatı xəbər verir ki, portuqaliyalı məşqçi “Qalatasaray”ı çətin rəqib adlandırıb.
Mourinyonun sözlərinə görə, “Cim-Bom”a asan rəqib deyənlər yanılır: “Qarşımızda Droqba, Sneyder, Səlçuk, Burak, Hamit və ən önəmlisi Fatih Terim olacaq. Biz “Qalatasaray”ı kiçiltmirik, əksinə ciddi rəqib sayırıq. Bu komandaya zəif deyənin futboldan başı çıxmır”.
Qeyd edək ki, “Real"la “Qalatasaray” arasındakı ilk oyun aprelin 3-də İspaniya paytaxtında, cavab oyunu isə aprelin 9-da İstanbulda olacaq(ans).