Abdullayev əsas məqsədlərinin millinin 2016-cı ildə Avropa çempionatının final mərhələsinə düşmək uğrunda mübarizə aparmaq olduğunu deyib. O, 2020-ci il Avropa çempionatını keçirəcək şəhərlər arasında Bakının olmağı üçün bütün səylərini göstərəcəklərini söyləyib. AFFA prezidenti bunun üçün lazımı şəraitin və millimizin həmin final mərhələsində iştirak etməli olduğunu bildirib.
Ardından söz AFFA-nıb baş katibi Elxan Məmmədova verildi. O, ötən il futbolumuzda əsas hadisə olan Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsi olan videoçarxı izləyib, həmin vaxtkı həyəcanı birgə yaşamağı tövsiyə etdi.
Mandat Komissiyasının sədri Gülağa Cabbarov Konfransın üzvü olan 35 qurumun nümayəndələrinin iştirak etdiyini və yetərsay olduğundan iclasın işinə başlaya bildiyini elan etdi.
Məmmədov AFFA-nın futbolun inkişaf istiqamətində 3 əsas prioretdən biri haqda danışaraq, infrastukturla bağlı geniş məlumat verdi. O, son vaxtlar ölkəmizdə inşa edilən stadionlarla bağlı danışdı. Baş katib digər prioritet olan kütləviliyin artırılmağı ilə bağlı vəziyyəti dəyərləndirdi. O, hazırda futbolumuzda 43 min üzv olduöunu və bunun 36 mininin futbolla aktivlə məşğul olduğunu qeyd etdi.
Məmmədov “Elit-Məşq” layihəsi çərçivəsində stadionlarda videokameraların quraşdırılığını bildirdi. Bu zaman Abdullayev müdaxilə edərək, maraqlı fikir söylədi: “Artıq bundan sonra heç bir məşqçi deyə bilməz ki, məşq keçilmir. Kameralar hər şeyi göstərir”.
Baş katib sonuncu prioritet olan təhsilllə bağlı da geniş fikirlərini bildirdi. O dedi ki, mətkəblərdə 68 faiz idman dərsində iştirak edirsə, futbol dərsinin tətbiqi ilə 92 faizi ora qatılıb: “Futbol dərsində iştirak edən məktəblilərin 23 faiz klublara gedib. Bunlar 2 kluba – “Bakı” və “Qarabağ”a gediblər. Deməli, futbol dərsi valideynlərdə, uşaqlarda futbola sevgini yaradıb”.
Ardından 2012-ci ildə futbolumuzla baş verənləri olayları əks etdirən videoçarx göstərildi. Bundan sonra AFFA-nın 2012-ci ildə maliyyə hesabatı haqda məlumat verildi. Bunu assosiasiyanın Maliyyə və Mühasibat Departamentinin rəisi Xalid Cavadov etdi. O, gəlirlər və xərclər haqda danışdı. Cavadov hesabatların təqdim edilyi FİFA və UEFA tərəfindən qənaətbəxş sayıldığını bildirdi.
AFFA-nın hesabatından sonra Müstəqil Audit Departamentinin rəhbəri Vaqif Məmmədov daxil olan maliyyə vəsaitlərin səmərəli istifadə olunduğunu, ciddi nöqsanların olmadığını və fəaliyyətin düzgün edildiyini bildirdi.
AFFA-nın fəaliyyətinin qənaətbəxş sayıldı və Konfrans işini bitirdi. Bundan sonra İcariyyə Komitəsinin iclası olacaq.