Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Kənd müəlliminin gerçəkləri

Kənd müəlliminin gerçəkləri


Bu gün cəmiyyətimizdə bəzi gənclər peşə vəzifələrini ən ucqar kəndlərdə yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, onlara ehtiyac olan yerlərdədirlər. Elə bizim xanım müsahibimiz Flora Abbasova kimi. 



2014-cü ildə tarix müəllimliyi ixtisasından məzun olan, hazırda isə Tovuz rayonunun Bayramlı kənd orta məktəbində müəllimə işləyən Flora Abbasova Modern.az saytının suallarını cavablandırıb. Həmin müsahibəni diqqətinizə çatdırırıq:


Flora xanım, sizi necə tanıyaq?..



- Mən, Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşam. Orta təhsilimə həmin kəndin 1 sayli orta məktəbində başlamışam. Ali təhsilimi Bakı Dövlət Universitetinin tarix müəllimliyi ixtisası üzrə bitirmişəm.



Necə oldu ki, tarix müəllimi olmaq qərarına gəldiniz?



- VI sinifdə Azərbaycan tarixi dərsində dövlət qurumları haqda mövzunu oxumuşdum. Həmin gün dərsə yaxşı cavab verdim. Tarixə marağım bununla başladı. Etiraf edim ki, düşünmürdüm tarix müəllimi olacam, yəni buna tam qərar verməmişdim. Təsadüfən bu ixtisasa sahibi oldum. Belə ki, XI sinifdə oxuyanda basqa ixtisas seçmişdim, görünür tarixə olan marağım hər şeyi üstələdi və bu həvəs ixtisas seçimində tarix müəllimliyini seçməyimə səbəb oldu.



Niyə məhz müəllimlik?



-Şablon kimi səslənsə də, müəllimliyin alın yazım olduğunu düşünürəm.



-Gənc yaşda müəllimlik fəaliyyətinə şəhərdə yox, ucqar kənddə başlayan ali məktəb məzunlarını cəmiyyətdə fədakaradlandırırlar. Siz necə düşünürüsüz?



-Qəhraman olduğumu düşünmürəm. Əlbəttə bu, yaşadığım şəraitdən də aslıdır. Mən də kənddə yaşamışam. Amma dediyim kimi, müəllimlik alın yazımdır və kənd, şəhər mənim üçün fərqi yoxdur. Harada mənə ehtiyac olsa, getməyə hazıram. Bu, vəzifə borcumdur. Necə ki əsgərlər səngərdə öz vəzifəsini yerinə yetirir, mən də elə...



-Pedaqoji təcrübə vaxtı şəhər məktəblərində olmusunuz. Hazırda kənd məktəbində dərs deyirsiz. Kənd və şəhər məktəbini indi daha yaxşı müqayisə edə bilərsiz...



- Bir cümlə ilə desəm, hazırda şagirdlərimizlə bütün gücümüzlə çalışırıq ki, bilik cəhətdən şəhərdəkilərdən geri qalmayaq. Hazırda sözün əsl mənasında inkişaf və gündəmə uyğunlaşmaq üçün məktəbdə ciddi iş gedir.



-Çox vaxt deyirlər ki, kənddə oxuyan uşaqlar dünyagörüşsüz olur və dərsə həvəslə yanaşmırlar.Sizcə, bunun səbəbləri nələrdir? Ağır kənd həyatı və ya?..



-Düzdür, şəhərdə oxuyan şagirdlər daha çox informasiyalı olurlar. Çünki onların daha geniş və yeni informasiyalar əldə etmək imkanları var. Kənddə yaşayan uşaqların dünyagörüşsüz olmağı ilə razılaşmıram. Məsələn, şagirlərim Elnurun



"Hamı xəyalarımdakı kimi olsa idi, pislik olmazdı”, Ümidin "müəllim bir hər şeyi öyrənmək istəyirik və sizin tədrisinizdən bacardığımız qədər istifadə edəcəyik” sözləri, VIII sinifin birliyi, əməkdaşlığı, X siniflərin mübarizəsi... bunlar məni inadırır ki, gələcəyin səfirləri, tarixçiləri, psixoloqları, riyaziyyatçıları, kimyaçıları, hərbçiləri arasında bizim məktəbin şagirdləri də olacaq. Lakin bir problem var ki, kənd həyatı bütün dövürlərdə olduğu kimi, indi də qızların məktəbə gəlməsində axsamalar yaradır.



-Kənd həyatına uyğunlaşa bilmisiniz?



- Əvvəl uyğunlaşmaq çətin idi. Tələbəllikdən müəllim fəaliyyətinə tez keçdim. Bu, bir az çətin və qəribə gəldi mənə. Əvvələr imtahan verirdim, indi imtahan götürürəm. Müəllimlərdən şikayətlənirdim, indi özüm onların yerindəyəm. Əvvvələr 45 dəqiqənin tez keçməsini istəyirdim, indi həmin o vaxt 15 dəqiqədən də az gəlir mənə. Mənim üçün ən çətini isə mühazirə yazanda cümlələrə etdiyim qısaltma vərdişimi tərgitmək oldu. Müəllimlik birdən-birə böyümək deməkdir. Adımdan sonra müəllim sözünü eşitmək təsvir edilə bilməyən hissdir.



-Xanım olaraq kənddə müəllim işləmək və adi vətəndaş kimi kənddə yaşamaq sizə hansısa çətinlikləri yaradır?



-Kənd əhalisi çox mehribandır. Onların mənim haqqımda fikirlərini tam deyə bilmərəm. Amma çox şadam ki, müəlliməlik fəaliyyətimə Bayramlı kəndində başlamışam. İndi bacılarımın, qardaşlarımın, xalalarımın, nənələrimin sayı artıb, özümü çox yaxşı hiss edirəm.



-Uzun müddətə kənddə çalışmaq fikiriniz var?



-Müəllim aktyordur, teatr isə şəhərdə də ola bilər, kənddə də. Əsas aktyorun işidir. Mənim səhnəm sinif otağından ibarətdir. Bunun kənddə və şəhərdə olmağının önəmi yoxdur. Amma yaxın gələcəkdə buradan ayrılmaq fikirim yoxdur.



-Maaşınız qane edir sizi?



-Xeyr, qane etmir!



-Məktəbin və kəndin ehtiyacları əsasən nələrdir?



-Bayramlı kəndi tam dağlıq ərazidə yerləşmir. Aran və dağ sərhəddindədir. Kəndin təbiəti möhtəşəmdir. Gündüzü, gecəsi bir fərqli olur. Gündüzlər çən olanda elə bilirsən buludlar yerə enib. Günəşin ən parlaq halını burada görmüşəm. Düzdür , kənd təmas xəttinə yaxın ərazidə deyil, amma arada düşmən tərəfindən silah səsləri eşidilir. Buradakı insanlar çox zəhmetkeşdirlər. Kənddə insanların əsas məşğuliyyətləri təsərrüfatdır. Xüsusən də maldarlıq. Lakin kənddə əkin üçün suvarma sistemi yoxdur. İçməli su da tapmaq çətindir. Su artezianları çəkilsə, əhalinin içməli su ehtiyacı ödənər.


Teqlər:
Bu xəbər cəmi 9395 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR