Türkiyənin “Fənərbağça” klubu UEFA Avropa Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb. 1/8 final mərhələsinin cavab qarşılaşmasında “Fənərbağça” Çexiyanın “Viktoriya” klubu ilə heç-heçə oynayıb - 1:1. Lakin ilk oyunda qazanılan 1:0 hesablı qələbə Türkiyə klubunu növbəti mərhələyə çıxarıb.
Qeyd edək ki, UEFA-nın cəza kəsdiyi “Fənərbağça” cavab oyununu azarkeşsiz keçirib. Qarşılaşmanı Türkiyənin gəncər və idman naziri Suat Kılıc və maliyyə naziri Mehmet Şimşək də izləyib. Gənclər və idman naziri jurnalistlərə açıqlamasında bildirib ki, oyun azarkeşsiz keçirilsə də, milyonların duası “Fənərbağça” ilə birlikdədir: “Komandalarımız qələbə qazandığı zaman Türkiyə qazanır”.