Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ən uğurlu pəhrizin sirri açıldı

Ən uğurlu pəhrizin sirri açıldı
Oksbricin alimləri deyirlər ki, uğurlu pəhrizin sirrini tapıblar. Mütəxəssislər hesab edirlər ki, hamı üçün ideal pəhriz yoxdur, arıqlamağın və sağlam çəkini saxlamağın sirri isə hormonal fon, genlər və insan fiziologiyasının əsasında düzgün tərtib olunmuş rasionun seçilməsidir. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, qidanın həzm olunması və artıq kiloların yaranmasında bu amillərin hər biri vacib rol oynayır. Alimlər həyat tərzi və qidalanmaya görə insanları üç geniş qrupa bölüblər: - "ziyafətdəkilər" - doymaq hissi olmadığından daim yeyənlər - "atışdıranlar" - yemək haqda düşünməməyi bacarmayanlar - "emosional aclar" - müxtəlif problemləri yaranan zaman onları yeməklə "yeyənlər". Tədqiqatçıların fikrincə, hər bir qrup müəyyən pəhriz növünə fərqli reaksiya verir. Onlar üç nəzəriyyəni 75 könüllü (hər qrupda 25 nəfər) üzərində 3 ay müddətində sınaqdan keçiriblər. Bu qrupları identifikasiya edərək alimlər onların hər biri üçün xüsusi pəhrizlər hazırlayıblar. Məlum olub ki, "daim atışdıranlar" üçün 5:2 pəhrizi uyğundur (həftənin iki günü 800 kaloridən artıq yeməmək, sonrakı 5 gün isə adi qaydada qidalanmaq). "Emosional acları" psixoloji zərbələr zamanı yalnız yaxınlarının dəstəyi çox yeməkdən xilas edə bilər. Özlərini daim "ziyafətdə" hiss edənlər isə pəhriz seçmədən öncə çox yeməklərinin səbəbini axtarmalıdırlar. Çünki problem bir tərəfdən metabolizmin xüsusiyyətlərindən asılıdırsa, digər tərəfdən dərin psixoloji kökləri ola bilər, burada isə tibb işçilərinin məsləhəti vacibdir.

Teqlər:
Bu xəbər cəmi 1540 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR