Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanın baş pediatrı: "Bu gün köhnə metodla işləyən həkimlər var" - MÜSAHİBƏ

Azərbaycanın baş pediatrı:
Azərbaycanın baş pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyevin "Report"a müsahibəsi:



- Artıq il yekunlaşır. Cari ildə Azərbaycanda pediatriya sahəsində nə kimi uğurlara nail olunub?



- İl tamam başa çatmadığından hər hansı bir statistika açıqlamaq çətindir. Çünki hesabat həmişə ilin sonuna hesablanır. Cari ilin əsas xüsusiyyətlərindən biri odur ki, ölkədə ardıcıl olaraq bir neçə qanun, proqram və qərarlar qəbul olunub. Bütün bunların hamısı da ana və uşaqların sağlamlığının yaxşılaşdırılması istiqamətində atılan addımlardır. Qanunlar içərisində ən lazımlısı Azərbaycanda “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun idi. Həmin qanun 2014-cü ildən icra olunmağa başladı. İl ərzində bütün respublika üzrə 2 milyon 600 minə yaxın uşaq icbari dispanserizasiyadan keçib, yəni onlar kompleks tibbi müayinədən keçərilərək müvafiq tədbirlər görülüb. Ona görə də bu proses zamanı əldə olunan nəticələri əvvəlki illərlə müqayisə etmək olmaz, çünki qanunun icrasına bu ildən başlanılıb. Eyni zamanda, qanunun qəbul edilməsi ölkədə tibbi müayinələrin sayının artmasına səbəb oldu. Çünki müayinə olunan zaman tələb olunan bütün xərclər dövlət hesabına ödənilib. Ona görə də müayinələrin sayı çox, nəticəsi isə inandırıcıdır.



- Azərbaycanda uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər hansılardır?



- Müayinələr nəticəsində məlum olub ki, uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər dünyada da mövcud olduğu kimi tənəffüs üzvlərinin xəstəlikləridir. Çünki insan dünyaya gələn andan etibarən xarici mühitlə ən çox təmasda olan sistem tənəffüs sistemidir. İkinci ən çox yaranan xəstəliklər təəssüf ki, yeni doğulma dövrü ilə bağlı olan problemlərdir. Əvvəllər Azərbaycanda ikinci yerdə infeksion xəstəliklər dayanırdı, lakin indi statistikanın strukturunda dəyişiklik müşahidə olunur. Belə ki, bir sıra yoluxucu xəstəliklərin qarşısı alındığına və ölkədə yoluxucu xəstəliklərin epidemiyası müşahidə olunmadığından hazırda ön plana yeni doğulma dövründə rast xəstəliklər ön sıraya keçib. Səhiyyə Nazirliyi mövcud problemi əvvəldən gördüyünə görə hələ 2006-cı ildən yeni doğulma ilə bağlı həm dövlət proqramı qəbul olunub, həm də əmrlər və təlimatlar həyata keçirilib. Nəticədə 2010-cu ildə ölkənin 6 bölgəsində, Bakı şəhəri də daxil olmaqla perenatal mərkəzlər yaradıldı. Nəzərə alsaq ki, artıq Azərbaycan faktiki olaraq doğulmanın yeni meyarlarına keçib, bütün bu səbəblərdən də yenidoğulma dövründə rast gəlinən xəstəliklərin sayı üstünlük təşkil edir.



- Uşaqlar arasında rast gəlinən xəstəliklərin növlərində hansı dəyişikliklər qeydə alınıb?



- Bəli, uşaqlar arasında müşahidə olunan xəstəliklərin növündə yerdəyişmə var. Belə ki, ilk yerdə tənəffüz üzvlərinin xəstəlikləri, ikinci yerdə yeni doğulma dövründə olan xəstəliklər, üçüncü yerdə anemiyalar, qurd invaziyaları və mədə bağırsaq xəstəlikləri qərarlaşıb. Sonrakı yerlərdə isə digər xəstəliklər var.



- Azərbaycanda 2013-cü ilin sonu 2014-cü ilin əvvəllərindən pnevmakok pnevmaniyaya (sətəlcəm) qarşı peyvənd tətbiq olunur. Bununla bağlı vəziyyət necədir?



- Azərbaycanda adıçəkilən peyvəndin vurulmasına keçən ilin dekabrın 1-dən başlanılıb və proses bu günə qədər davam edir. Çünki bu, ən müasir son texnologiya ilə hazırlanan pnevmakok əleyhinə qarşı peyvənd olduğundan peyvənd proqramı hətta peyvənd təqviminə də daxil edilib. Yəni, hazırda Azərbaycanda uşaqlara 11 yoluxucu xəstəliyə qarşı planlı peyvənd vurulur. Onlardan biri də məhz pnevmakok xəstəliyinə qarşı vurulan peyvənddir. Qeyd edim ki, 11 peyvəndin hamsının maliyyə vəsaiti dövlət tərəfindən ödənilir. Bu yaxınlarda adıçəkilən peyvəndin Azərbaycanda tətbiqi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələrinin iştirakı ilə geniş bir müşavirə keçirildi. Müşavirədə Pnevmakok peyvəndinin Azərbaycanda tətbiqinin çox effektiv olduğu bir daha vurğulandı.



- Bu peyvəndin heç bir mənfi təsiri yoxdur?



- Bu günə qədər pnevmakok peyvəndinin mənfi təsiri ilə bağlı heç bir ciddi fəsadla qarşılaşmamışıq. Azərbaycanda yaşına uyğun olaraq 2-4-6 aylıqda uşaqlar peyvənd olunur. Peyvəndlə əhatə 95 faizdir. Hər kəs bilməlidir ki, peyvənd qədər uşaqları ölümdən xilas edən ikinci bir profilaktika üsulu da yoxdur. Amerikada xəstləliklərə nəzarət təşkilatının apardığı araşdırmala görə, tək peyvənd yolu ilə ildə ən azı 1 milyon 200 min uşaq ölümdən xilas edilib. Qeyd edim ki, bu gün peyvənd haqqında maariflənmə zəifdir. Buna görə də peyvəndə qarşı çıxışların birinci səbəbi insanların biliksiz olması, ikincisi isə tibb işçiləridir. Çünki onlar valideynlərə peyvənd haqqında düzgün məlumat vermir və onları inandıra bilmirlər. Hətta elə valideynlər var ki, peyvəndin nə olmasından xəbərsizdir. Bu səbəbdən peyvəndin mahiyyətini insanlara düz izah etmək lazımdır. Kaş bəzi ailələr övladlarına dövlətin onlara göstərdiyi diqqət və qayğı qədər qayğı göstərəydilər. Uşağı peyvənd etməyəndə o, virusa hər an yoluxa bilər. Misal olaraq, qızılca epidemiyası zamanı hər 100 uşaqdan 12-də ağır fəsadlar və ya ölüm halları baş verir. Lakin peyvənd zamanı 1 milyon uşaqdan birində anafilaktik şok ola bilər. Bu da peyvənd preparatlarının tərkibində yad zülalın olması ilə bağlıdır.



- Son zamanlar televiziyalarda peyvəndlə bağlı anti-reklamlar göstərilir. Buna görə də bir çox valideyn övladının peyvənd olunmasını istəmir. Bu nə dərəcədə düzgündür?



- Bu günə qədər dövlət televizyasında peyvənd əleyhinə anti-reklamların göstərildiyinə rast gəlməmişəm. Lakin özəl kanallardan belə fikirlər tez-tez səsləndirilir. Hər kəs bilməlidir ki, dünyada peyvəndin alternativi yoxdur. Peyvənd ilk dəfə VII əsrdən tətbiq olunmağa başlayıb, yəni 1300 ildən çox müddətdir ki, peyvənd bəşəriyyət tarixində tətbiq olunur. Peyvəndi bu günə qədər heç nə ilə əvəz etmək olmayub. Peyvənd qədər ikinci müalicə və ya profilaktika metodu dünyada mövcud deyil. Dəfələrlə cəh edilib ki, milyonlarla antibiotiklər yaradılsın, ancaq antibiotikin effekti peyvəndə yaxın belə olmayıb. Hətta “Uşaqların icbari dispanserizasiyası haqqında” qanunda da peyvənd haqqında xüsusi qeydlər var. Qanuna əsasən uşağı peyvənddən yayındıran valideyndən yazılı izahat tələb olunur və bu hallar təkrar olunanda Nazirlər Kabineti cərimə də nəzərdə tutur. Təəssüf ki, ölkələrdəki bəzi dini qurumlar, qəbilələr peyvəndə qarşı çıxmaq istəyirlər.



- Hansı istisna hallarda peyvəndin vurulmasına icazə verilmir?



- Peyvənddə çox az miqdarda əks göstərişlər qalıb. Çünki peyvəndin hazırlanma texnologiyası və onun harada hazırlanmasından asılı olmayaraq Ümumdünya Səhiyyə Təşkilatının böyük texniki ekspert qrupu nəzarət edir. Peyvənd istehsal edən zavodlar da benəlxalq standartlarla işləyirlər. Ona görə də məkan, yer və ya ölkə əhəmiyyəti yoxdur, çünki onlar bir mərkəzdən idarə olunurlar. Ona görə də insanların fikrini qarışdırmaq lazım deyil. Biz millət olaraq belə təxribat və şaiyələrdən uzaqlaşmalıyıq.



- Ölkədəki həkim-nevroloqların körpələrə tez-tez "kəllədaxili təzyiq" diaqnozu qoyması məsələsi cəmiyyəti narahat edən əsas problem olaraq qalır. Bunun qaşısını almaq üçün nə kimi addım atmaq olar?



- Bir faktı qeyd edim ki, tibbdə "kəllədaxili təzyiq" adlı diaqnoz mövcuq deyil. Bu, sadəcə uydurma fikirdir. Təəssüf ki, bu, ən çox uşaq nevroloqları arasında yayılıb. Bununla bağlı, Səhiyyə Nazirliyi müxtəlif tədbirlər görüb. Düzdür, hətta son illər bu kimi halların sayı qat-qat azalıb. Buna baxmayaraq, bu gün ölkədə köhnə fikir və metodla, eləcə də vaxtı keçmiş taktika ilə işləyən həkimlər də var. Hər kəs bilməlidir ki, kəllənin daxilində təzyiqin artıb-azaldığını müəyyən etmək üçün kəllənin daxilində yeganə doğru üsul təzyiqin ölçülməsidir. Bu diaqnozu qoyan həkimlər də həmin ölçməni həyata keçirmədən məzh bu diaqnozu qoyurlar. Bu da sadəcə insanlara aldatmaq üçündür.



- Azərbaycanda uşaqlarda cırtdanboyluluq olmasa da, kiçikboyluluğa meyllik var. Bunun əsas səbəbi nədir?



- Xüsusilə qeyd edim ki, Azərbaycanda heç vaxt kiçikboyluluğa meyillilik olmayıb. Əksinə, bizdə vaxtı ilə akselarasiya (ucaboyluluq, tez inkişafetmə) meyillilik olub. Hətta hazırda bu prosesin dayandığını düşünürlər. İnsanların boyunun uzun və ya qısa olmasının əsas səbəbi genetik faktorla idarə olunur. Yəni, nəsildə ucaboylular varsa, o zaman onlardan doğulan uşaqların da ucaboyluluğu idarə edən genlərin hesabına ucaboylu olması gözlənilir. Lakin tibbdə genlərin oyana bilməsi halları da olur. Boyun qısa olması çox az hallarda endokrin, genetik xəstəliklərdə özünü göstərir. Ona görə də həmin xəstəlikdən əziyyət çəkən insanlar nəzarətə götürülərək müalicə olunur.



- Əmziklər uşaqların səhhətində nə kimi fəsadlar yarada bilər?



- Dünyada uşağın insanlar tərəfindən düşünülmüş ən böyük düşməni rezin və sintetik materiallardan hazırlanan əmziklərdir. Çünki insandan başqa heç bir canlı öz balasına öz qidasından başqa heç bir şey tətbiq etmir. Əmzik bütövlükdə zərərli bir vərdişdir. Əmzik uşağın üz-çənə skletinin anamaliyalarının inkişaf etməsi, eləcə də çoxsaylı mədə-bağırsaq, həmçinin yoluxucu xəstəliklərin əmələ gəlməsi üçün bir vasitədir.



- Körpəyə ana südü nə zamana kimi verilməlidir?



- Ana südü körpəyə doğulandan yarım saat sonra verilməyə başlayır və uşağın iki yaşı tamam olana kimi davam edir. Körpə doğulandan sonra iki il müddətində ana südündən asılı vəziyyətdədir. Bu, təbiətin qanunudur. Yenə də təkrar edirəm ki, insandan başqa heç bir canlı bu qanunu pozmur. Ana övladını bilərəkdən ana südündən məhrum edir və sonra da həkimlərə müraciət etməyə məcbur olur.



- Uşaqlarda hərarəti salmaq lazımdırmı?



- Həmişə qeyd etmişəm ki, uşaqların hərarəti onların qoruyucu faktorudur. Ona görə də hərarəti hər zaman məhv etmək olmaz, çünki bəzən hərarətin yüksəlməsi infeksiyalar zamanı qoruyucu reaksiyadır. Bədəndə hərarət 37 dərəcəni keçəndə bakteriya və viruslar çoxala bilmir və bədən öz- özünü qorumaq üçün mübarizə aparır. Lakin hərarətin həddi 38.5 dərəcəni keçirsə, o zaman xoşagəlməz fəsadlar baş verə bilər. Tibb dilində buna hipertermik sindrom deyilir. Hipertemiyanın qarşısını almaq üçün də fiziki və metikamentoz üsullardan istifadə edirlər.



- Son illərdə qadınlar qeysəriyyə kəsiyi əməliyyatından daha çox istifadə edirlər. Bu əməliyyatın hansı riskləri var?



- Bir həqiqət var ki, tarixdə və tibb ədəbiyyatında qeysəriyyə yox, məhz sezar və ya sezəriyyə əməliyyatı anlayışları var. Bu da Yuli Sezarın adı ilə bağlı rəvayətdən götürülüb. Rəvayətə görə Yuli Sezar ölü ananın qarnından çıxarılmış uşaq olub. Adından da məlum olduğu kimi sezar əməliyyatını ancaq həddindən artıq ən pis vəziyyətdə həyata keçirmək olar. Təəssüf ki, indi bəzi həkim və qadınlar bu işi qanunsuz şəkildə edirlər. Lakin gec-tez bunun da qarşısı alınacaq.





 


Teqlər:
Bu xəbər cəmi 3135 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR