azıçılar Birliyində qan tökülüb. Bu dəfə münaqişə birliyin yerləşdiyi binanın 4-cü mərtəbəsində, qurumun ədəbi orqanları olan “Azərbaycan” və “Ulduz” jurnallarının əməkdaşları arasında yaşanıb.
AzNews.az-a daxil olan məlumata görə, dünən axşam saatlarında Yazıçılar Birliyinin 4-cü mərtəbəsində “Azərbaycan” jurnalının redaksiyasında yazıçı Elçin Hüseynbəyli ilə tənqidçi Əsəd Cahangir arasında şiddətli münaqşə baş verib. Münaqişəyə səbəb “Daş yuxular” romanının müəllifi Əkrəm Əylisli olub. Əsəd Cahangirin Əkrəm Əylislini müdafiə edən çıxışı Elçin Hüseynbəylinin narazılığına səbəb olub və nəticədə dava düşüb.
Dava sonunda Əsəd Cahangir Elçin Hüseynbəyliyə tərəf butulka atıb. Butulka divara çırpılaraq Elçin Hüseynbəylinin boğazına tuşlanıb. Bu zaman AYB-in məsul katibi Tofiq Mehdiyev əlini qabağa verdiyindən E.Hüseybəylinin boğazı kəsilməkdən xilas olsa da, sonda T.Mehdiyevin əli doğranıb. T.Meydiyevin əlinə tikiş qoyulub.
Məlumata görə, birlik sədri Anar bu davadan xəbərsizdir. Hər iki tərəf baş verən hadisəni ciddi-cəhdlə hazırda ölkədə olmayan Anardan gizlətməyə çalışır. Tərəflərin bu cəhdinə səbəb isə Yazıçılar Birliyindən uzaqlaşdırılmaq qorxusudur.