Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Qarabağ"ın türkiyəli vəkili danışdı

"Biz müraciətimizdə oyunun yenidən keçirilməsinə qərar verilməsini tələb etmişik". Sport7.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun türkiyəli vəkili Qurur Günal söyləyib.

Türkiyədə hüquq bürosu olan Günal İsveçrənin Nyon şəhərində şanslarının olduğunu istisna etməyib: "Əgər tələbimiz yerinə yetirilsə, oyun yenidən keçiriləcək. Görüntüləri izləyərkən də görünür ki, oyuna əlavə olunmuş 3-cü dəqiqənin 12-ci saniyəsində azarkeşlər "qol" deyə ayaga qalxır, tabloda da hesab 1:0 olaraq yazılır. Təxminən 30 saniyə sonra hakim köməkçiləri ilə danışaraq ofsayd qərarı verir. Bu 30 saniyədən sonra boşa gedən 18 saniyəlik bir vaxt da var. Bütün bunların nəzərə alınması lazımdır. Videoları təkrar-təkrar izləyərkən hamısı açıq-aşkar görünür. Bu iddialarımızı dəyərləndirsələr, oyunun nəticəsinin dəyişməsinə təsir edən vəziyyətin oldugu qənaətinə gəlsələr, etiramızı qəbul edəcəklər".


 


Qeyd edək ki, sabah "Qarabağ"ın etirazının təmin olunub-olunmayacağına rəsmən aydınlıq gələcək.

Teqlər:
Bu xəbər cəmi 1945 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR