Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Emin:“Mənimlə dostluqdan sui-istifadə etmək lazım deyil” - Müsahibə

Emin:“Mənimlə dostluqdan sui-istifadə etmək lazım deyil” - Müsahibə


Müəyyən müddət Moskva əyləncə məkanları onunla az maraqlanırdı. Birdən isə nəhəng biznesmen Araz Ağalarovun oğlu oxumağa başladı. Əvvəlcə Eminə ciddi yanaşılmırdı və o, iddialı mahnılar ifa etmirdi. Sonra isə insanlar oğul Ağalarovun heç də pis olmayan səsini eşitdilər. Onun Rusiyada və qərbdə əsl peşəkarlarla işləməsinin şahidi oldular.  2011-ci ildə isə o, nüfuzlu “Qremmi” mükafatının nominatları sırasında idi. Sağol Emin! Biz ona daha da yaxından baxmağa başladıq. Biz onu seyr etdikcə, o, daha bir neçə uğurlu albomlar buraxdı. Qriqoriy Leps və Mixaylov ilə duet yazdırıb, böhran olmasına baxmayaraq, "Krokus"da  dolu insanlarla dolu zalda 10-11 dekabr konsert proqramı ilə çıxış etdi. Sabah doğum gününü qeyd edəcək müğənni ilə görüşüb, onu yaxından tanımaq istədik. Onun üçün şou biznes nədir? Şou yoxsa biznes?



Tabloid.az  Azərbaycanlı bəstəkar- müğənni Emin Ağalarovun yubiley ərəfəsində “Komsomolskoe Pravda”ya müsahibənı Azərbaycan dilində təqdim edir.



- Sizə elə gəlmir ki, Sizin musiqi olimpinə gedən yolunuz bir qədər asan olub. İnsanların Sizin ailənizin nüfuzu və imkanı haqda məlumatı Sizə yardımçı olub?



- Əvvəla, böyük imkanlar məndə deyil, Araz İskəndər oğlundadır ki, mənim də onunla qohumluq əlaqələrim var (gülür).  İkincisi, bu, ancaq Moskvada özünü büruzə verir. Məsələn, Yekaterinburqda insanlar bilmirlər ki, sən Ağalarovlar ailəsinə mənsubsan.



- Mənə nədənsə elə gəlir ki, Siz Kseniya Sobçak ilə nədəsə oxşarsınız. O, Sankt-Peterburqun keçmiş merinin qızıdır, çox yaxşı ailənin qızı, hər şeyə də özü nail olub. Və şou biznesin “dəhşətli” hissəsidir. Amma Siz əksinə - müsbət keyfiyyətli insan, uşaqlarınız, bizneslə məşğulsunz və bu qəbildən mahnıları ifa edirsiniz...



- İradəsiz! (gülür) Sevgidən! Nə siyasətdən, nə də biznesdən.



- Mən demək istəyirdim ki, Sizin halda bu narkotik və rok-n-rolsuz ötüşüb. Heç vaxt yaradıcılığınıza cəhənnəm ədviyyatı əlavə etmək istəməmisiniz?



- Yox. Mənim musiqim biznes deyil ki. Restoran açanda fikirləşirsən ki, ora insanlar gəlsinlər və kommersiya uğurunu düşünürsən. Mən yalnız təəccübləndirə biləcək mahnılar yazmaq haqda düşünürəm.  Bu halda ancaq subyektiv olaraq fikirləşirsən ki, mahnı dinləyiciyə necə çatacaq, bu, artıq ikinci sualdır. Mənim bəxtim gətirib ki, 2006-cı ildə ”Still” debüt işim heç bir radiolarda rotasiya etmədən insanların xoşuna gəlib.  Məhz bu, mənə işləməyə ümid verdi. Mən fikirləşmirdim ki, elə bir şey edim ki, məhim məhsulumu radio və televiziya kanalları götürsünlər. İndi bəzi məqamları dərk edirəm. Amma bu da vacib olan deyil. Əsas odur ki, mənim yaradıcılığım maliyyə cəhətdən asılı deyil. Mənim digər yerdən qazancım olduğundan, düşünmürəm ki, elə bir mahnı bəstələyim ki, o koorporativlərdə məhşur olsun və ya hər hansısa mükafata layiq görülsün. Məsələn, mən indi burada oturmuşam (müsahibə Krokusda, Ağalarovların ofisində aparılıb) və kommersiya fəaliyyətimlə məşğul oluram. Səhnəyə çıxırkən isə  özümə və insanlara xoş olan işi görürəm.



- Belə bir məsəl çəkim. Mənə əvvəllər deyərdilər ki, guya siz moskvalılara yaşamaq üçün özünüzü gücə salmağa ehtiyac olmadığından siz heç nəyə nail ola bilmirsiniz. Amma biz - gəlmələr, gecə hardasa yatmaq və səhər yemək üçün necəsə yaşamalıyıq.  Sizin biznesiniz var, qəlb üçün oxuduğunuz mahnılar var, amma mənə elə gəlir ki, yaradıcılığınızda səs-küylü hit çatışmır ki, bütün mükafatları toplaya biləsiniz...



- Niyə görə? Xoşbəxtliyi hiss etmək üçün? Qonorarımın artıması üçün?  Mən şəxsi rahatlığım üçün olan işi görürəm. Mən həm burda, həm də xaricdə musiqi karyeramı çox yavaş, kərpic-kərpic  yığmışam. Rəsmi olaraq 2006-cı ildən başlamışam, baxmayaraq ki, ilk albomumu 1998-ci ildə yazmışam. Allah eləməsin ki, onu kimsə eşitsin... Mən onu bütün məlumat daşıyıcılarından silmişəm, təkcə beynimdən silə bilmirəm (gülür). Beləliklə, ilk rotasiyamı 2010-cu ildə Londonda, 2011-ci ildə isə Rusiyada aldım. Daha dəqiq, 5 il keçdikdən sonra mənə diqqət etməyə başladılar. Hətta heç fikir verməsəydilər belə mən yenə də mahnı oxuyacaqdım. Çünki mən oxumaya bilmərəm. Onsuz da musiqi mənim içimdə yaşayır, dəxli yoxdur mən onu kimin üçün ifa edirəm. Mən deyə bilmərəm ki, nəsə çatışmır -  əksnə, mən yaradıcılığımda yeni perspektivlər görürəm və ona doğru gedirəm. Mən yaradıcılığıma başlayandan auditoriyam böyüyüb. “Krokus”da 2 konsert Kremldə 2 konsert vermək deməkdir. Mən bilirəm hansı müğənnilərin konsertinə biletlər satılır. Qriqoriy Leps, Bi -2-nin konsertlərində həmişə anşlaq olur. Bəzən isə müğənni üçün 2 min bilet sataq bilmək asan iş olmur. Məndə hazırda bu, alınır, auditoriyam böyüyür.  Regionlara gəldikdə isə təkliflər gəlir, yaz aylarında turneyə çıxacağam və zalı dolduracağam. Qoy heç bütün zallar ağzına kimi dolmasın, amma, 70 faiz dolacaq. Həmçinin çalışdığım leybl da mənim xaricdə konsertlərimi təşkil edir.



- Birdən toplaya bilməsəniz



- Belə hala bir neçə dəfə üzləşmişəm. Düşünürəm istənilən artistin başına gəlib. Bu dəfə zalı toplaya bilmədinsə, demək ki, gələn dəfə bacaracaqsan.



- Atanız gördüyünüz işi nə zaman ciddi olaraq qəbul etdi?



- O, məni yaxşı tanıyır və bilir ki, mən hansısa işin qulpundan yapışdımsa, mütləq nəticəsi olacaq. Başımı daşdan daşa vuracağam, amma onu edəcəyəm. Fərq etmir mən nə edirəm. Mən onun əməyinin bəhrəsiyəm. O, məni tərbiyə edərək bu cür edib.



- Bildiyim qədər bu işdə Müslüm Maqomayev də Sizin üçün çox şey edib...



- O, məni uşaqlıqdan  tanıyıb. O, biləndə ki, mən oxuya bilirəm, həmin dəqiqə: "Gəl bura, başla oxumağa!" dedi. O, bir anın içində royalı orkestrə çevirib ifa edirdi, mən ifaya hansı tonallıqdan başlayacağımı bilmirdim və utanırdım və deyirdim: “Mənə toxunmayın, mən Sizin qarşınızda heç ağzımı açıb danışmaq istəmirəm!” Məni oxumağa məcbur etdi. Bu, mənim üçün Qırmızı meydanda lüt dayanmaq kimi bir şey idi. O, əyləşib mənə deyirdi: - Sən diqqətin yayınmadan oxumalısan. Və atama da zəng edirdi ki, uşağı biznesə cəlb etmə. Görünür ki, o mənim özümdə görmədiklərimi görə bilib. Onun yubileyi olanda biz birlikdə “My way”mahnısını ifa etdik, bundan sonra o, dedi: "mən öz hissəmi ifa etdim, mikrofonu ən yaxşı dostumun oğluna ötürürəm". Bu simvolik idi. O, mənə çox təsir etdi, son dərəcədə ciddi, həssas insan idi. Sağlıqları hər zaman ayaq üstə dinləyərdi. Heç vaxt səliqəsiz olmazdı. Bu, yüksək mədəniyyət idi.



- Uşaqlığınızı bu cür insanların əhatəsində keçirmişiniz və sonra bizim şou-biznesə gəlmisiniz. Necə oldu Siz bizim əyləncə məkanlarına yerləşdiniz? Sizin yaxınlarınız da var, belə deyək, Sizin “işığınıza” gələnlər də var...



- Bəli, Siz hər şeyi düzgün vurğulayırsınız. Mən bəzi məqamlarda şou-bizneslə dostluğumu biznesə çevirirəm – konsertlər, televiziya çəkilişləri. Daha dəqiq, kiminlə dostluq edirəmsə, onlarla yeni albomumda duet ifa etmişəm. Qriqoriy Leps, Stas Mixaylov kimi ailəli insanlarla dostluq edirəm. Loboda, Ani Lorak... Soso ilə dostlaşmışıq. Qalanları isə mənim həmkarlarımdır. Bundan başqa, İqor Krutoyu da uşaqlıqdan tanıyıram.



- Həmkarlarınız dostluq görüntüsü adı altında hansısa xeyir güdəndə bunu dərk etmək çətin olur?



- Çətin olmur. Bu işdə mən artıq böyümüşəm və mənə elə gəlir ki, insanlar da bunu dərk etməyə başlayırlar. Bu bizdə dostluqdur yoxsa iş. Mən çox sərrast görürəm ki, şou-biznesdə kim mənimlə səmimidir. Siz  nə istədiyinizi söyləyin, bəlkə o zaman bizim qarşılıqlı, gəlirli birliyimiz ola bilər. Bəlkə də mən bir təkəbbürlü və həyasız olmuşam. Adamın üzünə deyə bilərəm: “Dəqiq, Siz nə istəyirsiniz ?” Bu halda qarşımdakına da rahat olur. Məsələn, o deyə bilər ki, konsert etməyə köməklik edin.  Bəzi insanlar yaxşı bilirlər ki, mənim dostluğumdan sui-istifadə etmək lazım deyil.


Teqlər:
Bu xəbər cəmi 3540 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR