Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qarabağ” da növbəti matçını keçirəcək.
F qrupunda çıxış edən Ağdam klubu Bakıda qolsuz (0:0) bərabərə qaldığı “Sent-Etyen”lə Fransada münasibətlərinə aydınlıq gətirəcək. Qrupda son səfər oyununa çıxacaq Qurban Qurbanovun yetirmələri Sent-Etyen şəhərində 1/16 final şanslarını həll edə bilər. Fransada qazanılan xallar təmsilçimizin ümidlərini son turadək saxlayacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də start verəcək. Oyunu isə islandiyalı referi Kristin Yakobsson idarə edəcək.
Qeyd edək ki, “Qarabağ”ın digər rəqibləri “İnter” və “Dnepr” Milanda üz-üzə gələcək.
Avropa Liqası
Qrup mərhələsi, V tur
27 noyabr
F qrupu
00:05. “Sent-Etyen” (Fransa) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Kristin Yakobsson
Hakim köməkçiləri: Siqurdur Oli Torleyfsson, Qunnar Qunnarsson
Əlavə köməkçi hakimlər: Toroddur Hialtalin, Torvardir Arnasson
Dördüncü hakim: Qilfi Mar Siqurdsson (hamısı İslandiya)
Hakim-inspektor: Youni Hiitya (Finlandiya)
UEFA nümayəndəsi: Tobias Volf (Almaniya)
Sent-Etyen. “Ceffri Quiçard” stadionu
1.
|
İnter
|
4
|
2
|
2
|
0
|
4-1
|
8
|
2.
|
Dnepr
|
4
|
1
|
1
|
2
|
2-3
|
4
|
3.
|
Qarabağ
|
4
|
1
|
1
|
2
|
2-4
|
4
|
4.
|
Sent-Etyen
|
4
|
0
|
4
|
0
|
1-1
|
4
|