Hələ 2000-ci ildə Əkrəm Əylisli erməniləri müdafiə edəndə, Qarabağ məsələsini onların xeyrinə qansız-qadasız həll olunmasını tələb edəndə mən simvolik olaraq demişdim ki, əgər Qarabağı ermənilərə veririksə, Əkrəmi də Qarabağla bərabər ermənilərə verək. O vaxt dediklərimə əməl olunsaydı, indi başımız ağrımazdı (gülür). Mən Əkrəm Əylislinin bu romanını talesiz, primitiv addım sayıram. Azərbaycan xalqına olmazın zülmlər edən Andronikin əzazilliyi müqabilində Azərbaycan xalqını vəhşi xalq kimi qələmə vermək, hətta o dövrdə xalqımızı erməni zülmündən qurtarmağa gələn bir türk zabitini vəhşi adlandırmaq heç bir izaha gəlmir”.
Millət vəkilini hiddətləndirən digər bir məqam isə onun vaxtilə hörmət gördüyü şəxsiyyətləri təhqir etməsidir: “Elçibəyi keçi hadisəsi ilə uzlaşdırıb təhqir etməyə onun heç bir haqqı çatmır. Hansı ki, vaxtilə Elçibəyin bəlkə də ən çox hörmət etdiyi insanlardan biri də Əkrəm Əylisli olub. Heydər Əliyevdən hər cür mükafatlar alan bir yazıçının romanında təhqirlərə yol verməsi insanlığa sığışmayan bir hərəkətdir. Bu Mirpaşanın məscidə it bağlamasından başqa bir şey deyil. Azərbaycandan küsmüsənsə, bu xalqı niyə hədəfə alırsan, bu xalqı bioloji varlıq olaraq zülmkar kimi qələmə vermək ləyaqət ölçüsünə sığışmır axı”.
Fazil Mustafa hesab edir ki, bu romanla Əkrəm Əylisli iki millət arasında düşmənçiliyi daha da alovlandırdı: “Erməni romanı oxuyub azərbaycanlının nə qədər qəddar olduğunu anladı, azərbaycanlı da ermənilərə bir daha nifrət etdi. Bu romanla Əkrəm Əylisli bir daha sübut etdi ki, Azərbaycan yazıçısı normal mütəfəkkirə çevrilə bilmədi”.