Onun xidmətində “Qarabağ” maraqlıdı.
Marian Oqnyanov 1988--ci ildə Bolqarıstanın Lom şəhərində dünyaya gəlib. Peşəkar karyerasına "Levski"də başlayan 26 yaşlı yarımmüdafiəçi 2004-2011-ci illərdə bu komandada 89 oyun keçirib və 9 qol vurub. O. 2009-cu ildə "Belasitsa"ya icarəyə verilib (13 oyun, 3 qol). 2012-ci ildə "Botev"ə keçən Marian indiyədək 98 oyunda meydana çıxaraq 12 qola imza atıb.
2008-2009-cu illərdə Bolqarıstanın U-21 yığmasına dəvət alan yarımmüdafiəçi 2013-cü ildə A milliyə dəvət alıb. O, həmin ilin 15 avqustunda Makedoniya ilə yoxlama oyununda meydana çıxıb.