Bunu Praqada səfərdə olan azərbaycanlı jurnalistlərə açıqlamasında Azərbaycanın Çexiyadakı səfir Fərid Şəfiyev deyib.
O bildirib ki, dekabrın əvvəlində Çexiyanın ticarət və sənaye naziri də Azərbaycana səfər edəcək: “Həmin səfər zamanı Biznes Forumun keçirilməsi planlaşdırılır”.
F.Şəfiyev əlavə edib ki, Çexiya və Azərbaycan arasında əlaqələr yaxşı inkişaf edir: “Gələn il Çexiya prezidentinin Azərbaycana səfəri planlaşdırılır. Əlaqələr çərçivəsində iqtisadi məsələlər ön plandadır. Kənd təsərrüfatı və sənaye sahəsində də əlaqələr prioritetdir. İki ölkə arasında dostluq münasibətləri mövcuddur”.