DMX-nin Bakı, Naxçıvan, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindəki Əmək birjaları tərəfindən hesabat dövründə 3143 nəfərə müvəqqəti xarakterli iş yerlərinə göndəriş verilib.
Qeyd edək ki, Əmək birjaları natamam iş günü və natamam iş həftəsi üzrə işləyənlərin boş vaxtları ərzində əlavə qazanc əldə etmələri üçün onların qısa müddətli işlərlə təmin olunmasına köməklik göstərir.
Bununla əlaqədar əhalidən müxtəlif növ işlərin görülməsinə dair sifarişlər qəbul olunur və müvəqqəti xarakterli işlər üçün müraciət edən vətəndaşlara təklif edilir.