Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə və axşam 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Oktyabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Lənkəran-Astara zonasında yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.