“Yenimeydan.info” modern.az-a istinadən xəbər verir ki, aparıcı Zaur Baxşəliyev verilişin reklamalara ayrılan hissəsində cinsi potensiyanı artıran dərman pereparatını reklam edir. Aparıcı tamaşaçıları əmin etməyə çalışır ki, bu, “əla vasitədir”.
Maraqlıdır, bu dərman preparatının reklamına icazəni kim verib?
Məsələylə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli açıqlama verib. O, bildirib ki, nazirlik ATV-də efirə çıxan “Məni yarımdan soruş” verilişində pereparatın reklamına icazə verməyib. Və ümumiyyətlə, buna görə veriliş rəhbərliyi icazə almaq üçün nazirliyə müraciət etməyib.
“Səhiyyə Nazirliyinin razılığı olmadan hansısa dərman pereparatının reklamı qeyri-qanunidir. Həmçinin, mütləq bilinməlidir ki, reklam olunan məhsul dərman vasitəsidir, yoxsa qida əlavəsi. Sözügedən pereparatın reklamı isə bizim tərəfimizdən qeyri-qanuni sayılır”.