Bir neçə gün əvvəl səhiyyə naziri Oqtay Şirəliyev beş rayonun vətəndaşları ilə görüşdə gözlənilməz vəziyyətlə qarşılaşıb.
Bu barədə Mia.az-a daxil olan məlumata görə, Səhiyyə naziri Oqtay Şirəliyev həmin günü Salyan Mərkəzi Rayon Xəstəxanasında Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl və Cəlilabaddan olan vətəndaşları qəbul edib: «Qəbula gələn 10-15 qadın isə dərmanalmağa pullarının olmadığını deyərək, nazirdən pul istəyiblər».
Məlumata görə, gözlənilməz tələblə üzləşən Oqtay Şirəliyev köməkçisi vasitəsi iləşikayətçilərə 100 manatdan pul paylayıb: «Lakin bu zaman pulun azlığına etiraz edənqadınlar səs-küy salıblar. Vəziyyətin belə olduğunu görən nazirqəbulun təhlükəsizliyini qoruyan polislərə «bunları buradan rədd edin!», - deyə müraciətedib».
Mənbə bildirir ki, bundan sonra qəbula gələnlərə 100 manat yardım edilib və onlar səs-küysüz pulu qəbul ediblər.