Rəşad Sadıqov oktyabrın 23-də Kievdə qarşılaşacaqları rəqib haqqında bunları deyib:
““İnter”lə müqayisədə “Dnepr” daha çətin rəqibdir. İtaliya klubu hardasa rəqibinə oynamağa imkan verir. “Dnepr” isə daha aqressiv komandadır. Rəqibin heyətində hücuma sürətlə qoşulmağı sevən güclü futbolçular var. Onlar fiziki cəhətdən də yaxşıdırlar. Qrup oyunları başlayanda açıqlamamda bildirmişdim ki, ən çətin səfər oyunumuz “Dnepr”lə olacaq. Sözsüz ki, onlar da qrupdan çıxmaq üçün mübarizə aparırlar. Ona görə də çalışacaqlar ki, evdə xal itirməsinlər. Bunu nəzərə alanda qarşıdakı oyuna daha ciddi hazırlaşmalıyıq”.
Qeyd edə ki, “Qarabağ” Ukraynanın “Dnepr” klubu ilə oktyabrın 23-də Bakı vaxtı ilə saat 00:05-də qarşılaşacaq.