Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşam mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 14-17, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı, hava şəraitinin gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.