Ötən gün axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonunda “Liebherr-HS” markalı kran yük qaldıran zaman aşıb.
Kranı idarə edən sürücü kabinə hissədə sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü kabinədən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.