Sabunçuda yerləşən 3 saylı şəhər klinik xəstəxanasında reanimasiya otağının qarşısının tozunu su səpərək süpürürlər.
Axar.az xəbər verir ki, bu mənzərəni əks etdirən fotonu Feysbuk sosial şəbəkəsində "Sancaq” səhifəsi paylaşıb.
Səhifə adminləri fotoya belə şərh verib: "Bura Sabunçu xəstaxanasının reanimasiya şöbəsinin qabağıdır. Bax, həkimlər burdan keçib reanimasiyaya ağır xəstələrin yanına girirlər. Dəhşətlidir. Bu nə şəraitdir xəstələr üçün yaradıblar? Belə biabırçı şəraitdə xəstəmi sağalar? Sonra da deyirlər ki, vətəndaşlar müalicə uçun İrana qaçır. Belə səhiyyə sistemini görəndə qaçar da!”
İş günü olmadığı üçün xəstəxana ilə əlaqə yarada bilmədik