Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mikayıl Cabbarovun sistemində "süpürgəpulu"na "qurdpulu" əlavə edildi

Mikayıl Cabbarovun sistemində
Yeni tədris ili başlamasından bir ay keçməsinə baxmayaraq, Nazirliyin "qaynar xətt”inə bu qəbildən zənglərin ardı-arası kəsilmir


Təhsil Naziri postu təzələnəndə hamı çox dəyişiklik gözləyirdi. Amma xeyli vaxt keçsə də, orta təhsil ocaqlarındakı problemlər bitmir. Məktəblərin təmir edilməsi, bir qisim texniki məsələlərin həlli hələ mükəmməl fəaliyyət deyil. Valideynlərin məktəblərdə əvvəlki tempdə pul yığılması şikayətləri davam etməkdədir. Bu məsələ ilə bağlı Təhsil Naziri dəfələrlə xəbərdarlıq etsə də, görünür, problem bu şəkildə həllini tapmayacaq. Əldə olunan məlumata görə, yeni tədris ili başlamasından bir ay keçməsinə baxmayaraq, Nazirliyin "qaynar xətt”inə bu qəbildən zənglərin ardı-arası kəsilmir. Təəssüf ki, ictimaiyyət onu narahat edən suallarına cavab tapa bilmir, məlumatlandırma işi aparılmır.




 




Şəhər məktəblərinin bir neçəsindən daxil olan müraciətə əsasən kiçik araşdırma aparıb. Məlum olub ki, orta məktəblərdə "süpürgəpulu” yığmaq ənənəsi davam edir. Eləcə də, şagirdlərdən "qurdpulu” yığılır. Məktəbin tibb bacısı və ya pediatrı şagirdlərə bağırsaq parazitlərinin müayinəsi üçün (nəcis analizi) müvafiq poliklinikaya göndəriş verir. Şagird həmin göndərişə, müayinə üçün cavab gətirmədikdə ondan bir manat tələb edir. Misal üçün, Nizami rayonunda yerləşən 272 saylı orta məktəbdə hazırda pulyığma prosesi gedir. Hətta tibb bacısı təkidlə dərs saatını pozaraq bu tələbini irəli sürür. Kiminsə çörəyinə bais olmamaq üçün, həmin tibb bacısının ad və soyadının çəkilməsinin tərəfdarı deyilik. Sadəcə, bu cür vəziyyətdən məktəb rəhbərliyinin xəbərsiz olması inandırıcı görünmür.




 




Valideynlərsə, "pul istəyəndə, niyə verirsiz”sualını belə cavablandırırlar. Onlar poliklinikalarda nəcis analizinin doğru, dəqiq müayinəsi üçün lobaranta 2-3 manat verməkdənsə, bir manat verib canlarını qurtardıqlarını deyirlər. Fikrimcə, haqsız da deyillər. Bütün hallarda istənilən test, müayinə üçün pul tələb olunur. Bəs biz kimi aldadırıq? Özümüzü aldatmaqla yanaşı uşaqlarımıza ən böyük pisliyi etmirikmi?




 




Məsələylə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinə müraciət etdik. Xidmətin Sadiq adlı əməkdaşı sualın onlara aid olmadığını dedi. Suallarımızı mətbuat xidmətinin məsləhəti ilə müvafiq şöbəyə göndərdik. Amma daha çox valideynləri maraqlandıran suallardan biri odur ki, uşaqların sağlamlığı hansısa məsuliyyətsiz tibb işçilərinin əlində oyuncağa çevrilməlidirmi? Ümumiyyətlə, pul yığma bir tərəfə, orta təhsil müəsisələrində tibbi personalın fəaliyyətinə nəzarət hansı formada həyata keçirilir?




 




 




 




Nazirliyə göndərdiyim elektron məktuba yalnız dörd gündən sonra cavab ala bildim. Verilən bir cümləlik cavabı olduğu kimi nəzərinizə çatdırıram."Sorğunuza cavab olaraq bildiririk ki, respublikanın ümumtəhsil məktəblərində tibb xidmətinin təşkili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.2010-cu il tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normaları”na uyğun həyata keçirilir.”




 




 




 




Budur, mətbuat xidməti, eləcə də nazirliyin müvafiq şöbələrinin "parlaq” fəaliyyəti göz qabağındadır. Bu cavabdan nəsə anladınızmı? Ümumiyyətlə, bunu cavab hesab etmək olarmı? Mətbuatın suallarına belə laqeyd yanaşan nazirlik əməkdaşları, sadə vətəndaşın, valideynin müraciətinə necə cavab verir, onu bir Allah bilir?..




 




 




 




 




 




Valideynlərin nəzərinə! Bağırsaq qurdu ilə zarafat etməyin!




 




 




 




 




 




Bizim üçün şagirdlərin sağlamlığı onların təhsilindən öndə olmalıdır. Çox təəssüf ki, bu vacib məqamı çoxu vecinə də almır. Elə əsas mövzumuza qayıdaq. Məktəblilərin yarıdan da çoxunun bağırsaq parazitləri ilə yoluxması məsələsinin səbəbləri barədə düşünmək lazımdır. Bu isə Səhiyyə Nazirliyinin üzərinə düşən vəzifələrindəndir. Ən əvvəl şagirdlərin fərdi gigiyenası ilə bağlı təlimatlandırılması əsas şərtdir. Əgər məktəbin ayaqyolunda su kranları işləmirsə, hansı təmizlikdən söhbət gedə bilər?Parazitlərin yayılması daha çox çirkli əl və qida ilə baş verir. Bunu isə hamımız əla bilirik. Rəngi ağarmış, saralmış məktəblinin qarnı da qurdlu olacaq. Parazitlərlə yoluxmuş uşağın vəziyyəti təhlükəli də ola bilər. Bunu isə bizə həkimlər deməlidirlər. Qarın qurdları uşağın qan azlığından tutmuş, zehni, əqli inkişafına da mənfi təsir göstərir. Misal üçün, lambliya deyilən birhüceyrəli parazitlər uşaqların həyatı üçün qorxulu sayılır. Həkimlər bu parazitin tək bir nəcis analizi ilə aşkarlanmasının mümkünsüz olduğunu deyirlər. Bu parazit ən azı üç dəfə verilən və müayinə olunan nəcisdə çıxa bilər. Daha sonra uşağın gecədən (ifrazat yalnız 15 dəqiqə ərzində müayinəyə verilməlidir) götürülmüş nəcisi analizə yararsız hesab olunur. Bu deyilənləri ona görə qeyd etməyi borc bilirik ki, hər hansı məktəbin məsul tibb bacısı bir manat yığmazdan qabaq insaflı davranıb bu məlumatı verməlidir. Bağırsaq parazitlərinin adını yaxşı bilməyən tibb bacısının isə susması daha məqsədəuyğundur.




 



 




Bu arada mütəxəssis fikirlərini valideynlərin nəzərinə çatdırmağı borc bilirik. Bu xəbərdarlıq sizi övladlarınıza bir az da diqqətli olmağa vadar edəcək. Hazırda Moskvada fəaliyyət göstərən urinoterapevt Səbahəddin Hüseynov parazitlərin insanın ölümünə belə səbəb olacağını bildirir. Mütəxəssisin sözlərinə görə, xəstəliklərin çoxu orqanizmə düşən qurdlarla bağlıdır. "Qurdlar, onların yumurtaları hər yerdə var. Parazitlərlə mübarizə istənilən kimi mümkün deyil.Gigiyenik tələbləri yerinə yetirmə bu təhlükəni yox etmir. Parazitlər insan bədəninə düşdüyü andan onun daxili orqanına xələl yetirir, onu yeyir. Misal üçün, uşaqlarda və böyüklərdə geniş yayılmış askarid qurdları beyinə, qaraciyərə, ağciyərə, hətta ürəyə qədər gedib çıxa bilir. Belə bir faktı qeyd edim. Çənubi Koreyada xəstəyə bağırsaq keçməzliyi diaqnozu qoyulub. Əməliyyat zamanı cərrah bağırsaqda küllü miqdarda askarid qurdunu aşkar edib. Sən demə, qurd kütləsi bağırsaqda tıxac yaradıb və bu müayinədə bilinməyib.Valideynlər uşaqlarını vaxtaşırı könüllü müayinə etdirməlidirlər. Təmiz şəhərlərdə bunu 6 aydan bir edirlər. Bir də qurd xəstəlikləri uzun müddətlik, davamlı müalicə tələb edir. Qurdlarla zarafat etmək olmaz.” (analitik.az)




 




 




Raminə EYVAZQIZI


Teqlər:
Bu xəbər cəmi 1535 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR