Çempionat Azərbaycan Respublikası Peyntbol Federasiyasının təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsi və ASAN Xidmətlə qarşılıqlı əməkdaşlıq şəraitində baş tutacaq.
Yarışlar Qəbələ Atıcılıq Mərkəzində və Qəbələ Olimpya İdman Kompleksində keçiriləcək. Çempionatın keçirilməsində məqsəd silahlı qüvvələr və hüquq mühafizə orqanı əməkdaşlarının fiziki hazırlığının artırılmasına dəstək vermək, Azərbaycan Respublikası Prezidentinin tövsiyyələrinə uyğun olaraq idman siyasətinin həyata keçirilməsi, yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və gənclərin sağlamlığının qorunması işinə xidmət göstərilməsidir. Çempionat Azərbaycan Respublikasının silahlı qüvvələri və hüquq mühafizə orqanları idman klublarının nümayəndələri, əməkdaşlarının (müvafiq təhsil strukturlarının kursantları, mudavimləri, kadetləri, təlim tədris mərkəzinin əməkdaşaları, eləcə də bu qurumları aid edilə bilinəcək bütün personal daxil olmaqla) komandaları üçün açıqdır.