Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Foqtsın yerində olsaydım istefa verərdim” - Böyükağa Hacıyev

“Foqtsın yerində olsaydım istefa verərdim” - Böyükağa Hacıyev
“9 milyon insan Foqtsı istefaya səslə də o getməyəcək”.


Bunu AzVision.az-a “Neftçi” klubunun keçmiş baş məşqçisi Böyükağa Hacıyev deyib.



Azərbaycan-Xorvatiya oyununu şərh edən futbol mütəxəssisi 6:0-lıq məğlubiyyətdə günahın futbolçularımızda deyil, Berti Foqtsda olduğunu deyib:



“Xorvatiyanın təzyiqlərinin qarşısında bizim müdafiəçilər çox yaxşı oynadı. Gəlin, Allaha şükürlər edək ki, altı qol buraxdıq. Rəqibin təzyiqlərinin qarşısında heç bir müdafiə xətti dura bilməzdi. Bundan başqa hansı futboldan söhbət edək. Dünənki, bəyəm futboldur? O şou idi, şou. Orada futboldan əsər əlamət yox idi. Adətən futbolda iki komanda hücum edir. Biz dünən bir komandanın hücumlarının şahidi olduq. Və bunun ardınca gəlin özümüzü yormayaq, bu günləri əgər Azərbaycan millisi 8, 10-0 uduzssa, heç nə dəyişməyəcək. Foqts müəllimin ürəyi istədiyi qaydada da davam edəcək”.



B.Hacıyev hesab edir ki, 9 milyon insan Foqtsı istefaya səslə də o getməyəcək.



“Mən onun yerinə olsaydım elə bu məğlubiyyətdən sonra üzürxahlıq edib, çıxıb gedə bilərdim. Ancaq o getməyəcək. Bizim futbolumuzun səviyyəsi siz fikrləşdiyinz qədər də aşağı deyil. Bu gün futboldan danışarkən futbol inkişafdadır. Əvvəllər Avropanın bir mərhələsini keçə bilmirdik. İki il bundan əvvəl “Neftçi”, bu il “Qarabağ” ora düşdü. Bu gün milli komandamız isə bir başqa mövzudur. Berti Foqts Azərbaycanda oturmalıdır. Komandanın başının üstündə durmalıdır. Oyunçuları daim nəzarətdə saxlamlıdır. Futbolda iki variant var, ya işləməlisən, ya da işləməməlisən. Başını girləyə bilmərsən. Belə futbol olmur. 7 ildir ki, Foqts müəllim Azərbaycan futbolundadır. Gəlin, tərəziyə qoyaq. O bizə nə verdi və əvəzində nə aldı. 



Bir komanda da 7 il ərzində komandanın öz oyun dəsti xətti yoxdursa, kənar yarımmüdafiəçisi dayaq yarımmüdafiəçinin yerində oynayırsa, mərkəz müdafiəçisi kənar yarımüdafiəçinin yerində oynayır, hansı taktikdan, oyun dəsti xəttindən danışmaq olar. Əgər komanda qapalı müdafiədə oynayırsa nədən söhbət ed bilərik. Əgər hücum edirksə, hansı qələbədən söhbət edə bilərik”-deyə B.Hacıyev vurğulayıb.


Teqlər:
Bu xəbər cəmi 1330 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR