Təqdimat Gəncə şəhər İcra Hakimiyyətinin böyük zalında keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev, idarə və müəssisə rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Şəhər rəhbəri Elmar Vəliyev təqdimat mərasimində bildirib ki, bir neçə il İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsində çalışan, daha sonra Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə təyin olunan Nizami Hacıyev ölkə rəhbərinin 13 oktyabr 2014-cü il sərəncamına əsasən Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Şəhər rəhbəri Elmar Vəliyev Nizami Hacıyevi ictimaiyyətə təqdim edərək, ona işlərində uğurlar arzulayıb.
Nizami Hacıyev çıxış edərək ona göstərilən etimada görə ölkə rəhbərinə minnətdarlığını bildirib. O, yeni təyin edildiyi vəzifəyə laiq olacağına söz verib.