Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İrana müalicəyə gedən azərbaycanlılara pis xəbər

İrana müalicəyə gedən azərbaycanlılara pis xəbər
Müalicə və müayinə məqsədilə İrana gedən Azərbaycan vətəndaşlarına xoşagəlməz xəbər var. İran hökuməti tərəfindən bütün tibbi klinikalara verilən göstərişə əsasən, bu ölkəyə gedən Azərbaycan vətəndaşları üçün müalicə və müayinə qiymətləri qaldırılıb. Eyni zamanda, Azərbaycan vətəndaşları üçün orqanların transplantasiyasının da hələlik dayandırıldığı bildirilir. İrandan qayıdan Azərbaycan vətəndaşlarının Modern.az-a bildirdiyinə görə, bu yaxınlaradək müalicə və müayinə məqsədilə qonşu ölkəyə gedən soydaşlarımıza iranlılarla ciddi fərq qoyulmurdu. Əgər indiyə kimi Azərbaycan vətəndaşlarının ultrasəs müayinəsindən (USM) keçməyə, qan və digər analizlərə, müayinə və müalicəyə görə ödənişləri tibbi siğortası olan İran vətəndaşlarından cüzi fərqlənirdisə, bundan sonra həmin fərq əvvəlkindən 2 dəfə artıq olacaq. Qeyd edək ki, Azərbaycandan qonşu ölkəyə müayinə olunmağa, müalicə almağa, orqan transplantasiyası məqsədilə gedənlərin dəqiq sayı bəlli olmasa da, onların ildə yüz minlərlə olduğu bildirilir. Bunu Astara və Biləsuvar gömrük-keçid məntəqəsində müşahidə aparmaqla da söyləmək mümkündür. Qonşu ölkəyə bu axın təkcə ona görə deyil ki, azərbaycanlılar iranlı həkimlərə inanır, həm də ona görə ki, oradakı müalicə və tibbi təhlillərin xərcləri soydaşlarımızı qane edir. Qiymətlərdəki dəyişikliyin İrana üz tutan Azərbaycan vətəndaşlarının sayına ciddi təsir edib-etməyəcəyi yaxın aylarda bəlli olacaq. Amma xəstələr bu artımdan sonra da İranda müalicə və müayinə xərclərinin Azərbaycandakından ucuz olaraq qaldığını vurğulayırlar. İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bir neçə ay öncə verdiyi açıqlamada bildirib ki, ildə 1 milyon Azərbaycan vətəndaşı İrana müalicə və müayinə məqsədi ilə səfər edir. Səfir onların əsasən Tehran, Təbriz şəhərlərinə, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil əyalətlərinə səfər etdiklərini vurğulayıb.(modern.az)

Teqlər:
Bu xəbər cəmi 1235 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR