Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Paytaxt Әlətə köçürülür? - Deputat danışdı

Paytaxt Әlətə köçürülür? - Deputat danışdı
Mətbuatda paytaxtın Ələt qəsəbəsində salınacaq yeni şəhərə köçürüləcəyi ilə bağlı məlumatlar yer alıb. Qeyd olunur ki, Ələt coğrafi və strateji cəhətdən əlverişlidir. Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Fəzail İbrahimli Aktual.az-a açıqlamasında məsələyə münasibət bildirib. O qeyd edib ki, belə bir addım atılması çox müsbət olardı: “Bu, birbaşa maddi durumla bağlı olan məsələdir. Yəni paytaxt salmaq, bina tikmək şəhərcik inşa etmək demək deyil, növbəti hərtərəfli əlverişli olan böyük bir şəhərin qurulması anlamına gəlir. O şəhər ki, dövlətin bütün strukturları orada təmsil olunacaq. Paytaxtın salınması işi ilk növbədə böyük vəsait tələb edir. Bu varsa, demək bu istiqamətdə addımların atılması müsbət nəticələr verəcək. Əgər Azərbaycanın iqtisadi durumu buna imkan verərsə, mən böyük məmnuniyyətlə buna tərəfdar olaram.” Deputatın sözlərinə görə, Ələt paytaxt üçün çox münasibdir: “Ələt ilk növbədə dənizə yaxındır. Yəni paytaxt dənizdən uzaqlaşmayacaq. Paytaxtı dənizdən kənara aparmaq praktik cəhətdən düzgün olmaz. Buna görə də Ələtdə salınacaq şəhərin paytaxt olması müsbət addım olardı. Tanrının Azərbaycana verdiyi ən böyük nemət dənizdir. Yəni biz dənizi saxlamaq şərtilə paytaxt düşünürük”. F.İbrahimli yeni paytaxt salınarsa, hansı müsbət dəyişiklərin olacağına da aydınlıq gətirib: “Əgər bu iş baş tutarsa, dövlət tərəfindən bu proyekti yüksək səviyyədə, Avropa standartlarına uyğun qurulacaq. Çünki ölkədə həyata keçirilən uğurlu infrastruktur layihləri bunu deməyə əsas verir. İnanıram ki, küçələri geniş olan bir paytaxt olacaq. Nəticə etibarı ilə dolmuş, partlamağa az qalmış, ekoloji cəhətdən yaşamaq çətin olan Bakı bir az yüngülləşəcək. Çox böyük problemlər həll oluna bilər. Ali məktəblərin, digər vacib qurumların həmin əraziyə köçürülməsi də yaxşı olar. Dövlət tərəfindən belə qərar qəbul olunarsa, hesab edirəm ki, bu yüksək səviyyədə həyata keçiriləcək”.

Teqlər:
Bu xəbər cəmi 1040 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR