Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakı Metropolitenində Gediş haqqı qalxacaq? - RƏSMİ

Bakı Metropolitenində Gediş haqqı qalxacaq? - RƏSMİ
“Həm ticarət köşkləri, həm də reklamların fəaliyyəti dayandırıldı” Bakı Metropolitenində ticarət köşklərinin yığışdırılması metronun gəlirlərini azaldıb. Bu səbəbdən də yaxın aylarda yeraltı nəqliyyatda gediş haqqının qaldırılacağı deyilir. Ölkə.Az bildirir ki, bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev aznews.az-ın sorğusuna cavabında deyib. Onun sözlərinə görə, yeraltı nəqliyyat üçün əsas amil sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməkdir. “Bu amil olan yerdə maddiyyat əsas sayılmır. Metro stansiyalarında ticarət köşkləri xaos halındaydı. İstər sərnişinlərin hərəkəti, istərsə də təhlükəsizliyi baxımından tam bir xaos hökm sürürdü. Təbii ki, dövlət başçısının göstərişi ilə bütün bu məsələlər yoluna qoyuldu. Ticarət köşkləri ləğv edildi, sərnişinlərin zövqünü korlayan, onları rahatsız edən reklam vasitələri yığışdırıldı. Qeyd etmək yerinə düşər ki, həmin reklam vasitələrində də pərakəndəlik və nəzarətsizlik hökm sürürdü. Təsəvvür edin ki, 10-15 il bundan öncə yerləşdirilmiş həmin vasitələrə heç bir texniki qulluq göstərilməmişdi. Elə məhz bu kimi səbəblərə görə həm ticarət köşkləri, həm də reklamların fəaliyyəti dayandırıldı”, - deyə Nəsimi Paşayev bildirib. N.Paşayevin sözlərinə görə, bir sərnişinin daşınma xərclərinin hazırkı gediş haqqından ən az iki dəfə artıq olmasına baxmayaraq “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti qiymətlərin artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib. Qeyd edək ki, 2010-cu ildə “Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədov mətbuata müsahibəsində metro ticarətindən ayda 70 min gəlir götürüldüyünü açıqlamışdı.

Teqlər:
Bu xəbər cəmi 2015 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR