Bayram günündə 28 may metrosu yaxınlığından Lökbatan qəsəbəsinə yolu düşənlər elə yoldaca qalıblar. Çünki, adıçəkilən ünvana gedən 124 saylı avtobusun sürücüləri xəttə çıxmaqdan imtina edib.
Etiraza səbəb marşrut xəttinin qısaldılmasıdır. Sürücülər deyir ki, yolun bir hissəsini ixtisar etmələrinə baxmayaraq, onlardan tələb olunan gündəlik planı aşağı salmayıblar. Başqa sözlə, gündəlik ödəməli olduqları 180 manatı toplaya bilmirlər.
Lökbatan - 28 may marşrutu ilə hərəkət edən avtobusun yolunun qısaldılması sərnişinləri də narazı salıb. İndi onlar qəsəbədən şəhərə gəlmək üçün 3 marşrut dəyişmək məcburiyyətində qalırlar ki, bu da maddi cəhətdən sərfəli deyil.
“Bakı Sərnişin Nəqliyyatı” Departamentinin “3 saylı Avtonəqliyyat Müəssisəsi” MMC-nin direktoru Zahid İsmayılov isə 124 saylı avtobusun sürücülərinin xəttə çıxmaqdan imtina etməsini nizam-intizam qaydalarının sərtləşdirilməsi ilə bağlayır: “Bu marşurutda nizam-intizam qaydaları zəif idi, biz dəstə rəhbərini dəyişdik. Yenisini hələ ki, təyin etməmişik. Bunu təşkil edən köhnə rəhbərin adamlarıdır”.
Bir qədər sonra xəttə yeni avtobuslar buraxılıb və 124 saylı marşrut üzrə hərəkət tam bərpa olunub.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.